Sosial
Anar Bağırov medalla təltif olundu
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib.
Bu barədə Publika.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə GVK-nın 20 illik yubileyinə həsr edilmiş "Hüquqşünasların (Vəkillərin) Müdafiəsi haqqında Konvensiya – Hüququn aliliyinin qorunması üçün səmərəli vasitə" mövzusunda keçirilən beynəlxalq konfransda və digər yubiley tədbirlərində iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.
Səfərdə VK-nın sədr müavini Pərviz Ələkbərov və Kollegiyanın Beynəlxalq Əməkdaşlıq əlaqələndiricisi Gözəl Hüseynzadə də iştirak ediblər.
Konfransda Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Avropa Şurası, eləcə də dünyanın müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən GVK-nın sədri David Asitiani konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Konfransda VK-nın sədri Anar Bağırov "Vəkillik peşəsinin müstəqilliyinin və keyfiyyətli ədalət mühakiməsinin təmin edilməsində özünüidarə edən Vəkillər kollegiyalarının rolu" mövzusunda çıxış edərək son illərdə Azərbaycanda vəkilliyin müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlardan, görülən mühüm işlərdən danışıb.
Sədr çıxışında son illər ərzində VK ilə GVK arasında formalaşmış dostluq və qarşılıqlı faydalı əməkdaşlığın Azərbaycan vəkilləri tərəfindən yüksək qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb
Konfransın sonunda GVK-nın sədri David Asitiani tərəfindən VK-nın sədri Anar Bağırova "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yubiley medalı təqdim edilib.
Öz növbəsində, Anar Bağırov da David Asatianiyə Kollegiyanın "Fəxri vəkili" diplomunu və rəmzi vəkil mantiyasını təqdim edib. Eyni zamanda GVK-nın bir sıra nümayəndələrinə xatirə hədiyyələri təqdim olunub.
Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.



-
Sosial11:47Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi
-
Dünya11:20Vəziyyət gərginləşir: Bu ölkədən ABŞ qərarı - Dayandırıldı
-
Dünya10:36Faylların əksəriyyətinin şifrəsi açıldı: İmamoğlunu bu qədər həbs cəzası gözləyir
-
İdman10:12UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
-
Nida Xəbər 10:07Əli Əsədov bu şəxslərin maaşı ilə bağlı qərar imzaladı
-
MDB09:38Rusiya bu ölkənin 30 vətəndaşına ömürlük qadağa tətbiq etdi: Səbəb nədir?
-
Rəsmi xronika09:09Prezidentdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
-
Dünya08:24İki yüz pişik kriptovalyuta fermasını ƏLƏ KEÇİRDİ

























.jpg)








.jpg)
.jpg)

