Sosial
Dəfn müavinəti üzrə orta məbləğ artırılır
2026-cı ildə Azərbaycanda dəfn müavinətlərinə ayrılan xərclər 37,6 milyon manat təşkil edəcək.
Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Bildirilib ki, müavinət alanların sayının 40 min nəfərə yaxın, orta məbləğinin isə 944 manat olacağı gözlənilir.
Məlumata görə, bu artım son illərdə minimum əmək pensiyasının artırılması və sosial müavinət məbləğlərinin yenilənməsi ilə bağlıdır.
Belə ki, 2025-ci il iyulun 1-dən etibarən işləyən sığortaolunanlara ödənilən dəfn müavinəti 600 manata, vəfat etmiş əmək pensiyaçılarının ailəsinə ödənilən müavinət isə yaşa görə minimum pensiyanın 3 misli - 960 manata yüksəlib.
Hesabatda qeyd olunur ki, bu istiqamətdə artım əhalinin rifahının və sosial müdafiə səviyyəsinin yüksəlməsi ilə əlaqədardır və gələcək illərdə də bu tendensiyanın davam edəcəyi gözlənilir.
-
Nəqliyyat18:30Bakıda axşam tıxacı: Bu yollar keçilməz oldu
-
Ekologiya18:20Baş nazir qərar imzaladı: 2035-ci ilə qədər...
-
Sağlamlıq18:00Gündə on min addım, iki litr su: Mütəxəssisdən mühüm tövsiyə
-
Sosial16:43Bu müavinətlərin ümumi məbləği artırılır
-
Sosial15:30Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək
-
Rəsmi xronika14:43İlham Əliyev yeni icra başçılarını qəbul etdi - FOTO
-
Nida Xəbər 14:11Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
-
Rəsmi xronika13:48Prezident Kürdəmirə yeni icra başçısı təyin etdi
























.jpg)





.jpg)

.jpg)


