Sosial
“Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır”
“Azərbaycanın idarəçilik modelində dövlət rəhbərinin bölgələrə yönəlik siyasəti, ilk növbədə, xalqa xidmət prinsipinə əsaslanır”.
Publika.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbər vəzifələrə yeni təyinatlarla bağlı çıxışı bir daha göstərdi ki, ölkədə dövlətin daxili siyasətini həyata keçirməli olan şəxslərin üzərinə düşən məsuliyyət sadəcə inzibati idarəçiliklə məhdudlaşmır, bu, eyni zamanda mənəvi borcdur. “Dövlət başçısının sözləri ilə desək, “böyük etimad böyük işlər tələb edir”. Hər bir rəhbər təyin olunduğu andan bilməlidir ki, onun əsas vəzifəsi xalqla bir yerdə olmaq, xalqın dərdini bölüşmək və dövlət başçısının verdiyi tapşırıqları vicdanla yerinə yetirməkdir. Müasir mərhələdə bu yanaşma Azərbaycanın bütün regionlarında sosial dinamikanın, idarəçilikdə şəffaflığın və ictimai etimadın möhkəmlənməsinə xidmət edir. Çünki dövlətin mahiyyəti məhz vətəndaş rifahının yüksəldilməsində, xalqla dövlət arasında inam körpüsünün daha da gücləndirilməsində özünü göstərir.”
Fikirlərini davam etdirən millət vəkili qeyd edib ki, müasir dövrdə dövlət idarəçiliyində təvazökarlıq, şəffaflıq və mənəvi saflıq prinsipləri cənab Prezident İlham Əliyevin məmur korpusu qarşısında müəyyən etdiyi əsas meyarlardandır: “Cənab Prezident haqlı olaraq qeyd etdi ki, rəhbər vəzifədə olan hər bir şəxs təkcə işdə deyil, məişətdə də davranışı ilə cəmiyyətə nümunə olmalıdır. Əfsuslar olsun ki, bəzi hallarda məmurların özlərini cəmiyyətdə təkəbbürlə aparması, xalqdan uzaq düşməsi onların nüfuzunu itirir və dövlət siyasətinə zərbə vurur. Bu səbəbdən dövlət başçısının korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizəsi həm siyasi iradə, həm də əxlaqi prinsip kimi formalaşıb. Son illərdə görülən tədbirlər nəticəsində ictimaiyyətin məmurlara olan inamı artıb, dövlət orqanlarında şəffaflıq və hesabatlılıq yeni mərhələyə qədəm qoyub. Artıq hər kəs anlayır ki, qanunsuz hərəkətə yol verən istənilən məmur qanun qarşısında cavab verir və bu, ölkədə sosial ədalət prinsipinin real işlədiyinin göstəricisidir. Dövlət başçısının Naxçıvanda səsləndirdiyi fikirlər həm də yeni idarəçilik fəlsəfəsinin ifadəsidir. Bu fəlsəfə xalqla dövlətin birliyinə, sosial ədalətə, əxlaqi məsuliyyətə əsaslanır. Cənab Prezident İlham Əliyev bir daha vurğuladı ki, icra başçıları və digər rəhbər şəxslər onun etimadını əməli fəaliyyəti ilə doğrultmalıdır. Əgər kiminsə məqsədi şəxsi maraq güdməkdirsə, belə şəxslərə dövlət siyasətində yer yoxdur. Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır. Son illərdə aparılan islahatlar nəticəsində dövlət qulluğunda sağlamlaşdırma siyasəti uğurla həyata keçirilib, mərkəzi icra orqanlarında məsuliyyət və hesabatlılıq mühiti formalaşıb. Bu proses bir daha göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti güclü, ədalətli və xalqa arxalanan idarəetmə sistemini tam şəkildə qurmaq istiqamətində inamla irəliləyir”.
-
Nida Xəbər 14:32Rusiya raket atdı: Səfirliyimizə ciddi ziyan dəydi - VİDEO
-
Avropa14:30Britaniya kəşfiyyatı: İki fərqli Putin var - Qərb hansı ilə vuruşur?
-
İqtisadi gündəm13:04Orta aylıq əməkhaqqı 1087 manata çatıb
-
MDB11:55Zelenskinin dostunu Rusiya bu yola vadar edib: Kiyevdən sensasion iddia
-
Nida Xəbər 11:30Ramiz Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari - Yaxın günlərdə…
-
Dünya11:00Türkiyə şəhidləri ilə vidalaşır - VİDEO
-
Elm və təhsil10:18Ekspertdən sərt irad: “Təhsil çökür, onları şagird yox, maaş düşündürür"
-
Region09:48İrəvan silkələndi: Paşinyanın həyat yoldaşı “qanuni oğru”nun ailəsi ilə bir arada - FOTO






.jpg)



.jpg)


.jpg)


















.jpg)



