Sosial
Bu oyuncaqlar uşaqlarınıza seks və digər şeylərdən danışır - Valideynlərə XƏBƏRDARLIQ
Bayram alış-veriş mövsümü yaxınlaşdıqca, valideyn və ekspertləri bir məsələ narahat edir.
Publika.az xəbər verir ki, bu narahatedici məsələ uşaqlar üçün alış-veriş çantasında yer tutacaq süni intellektli oyuncaqlardır. Bu tendensiya indi bütün dünyada aktualdır.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür “ağıllı” oyuncaqlar uşaqlar üçün təhlükə yarada, onların təhlükəsizliyinə və inkişafına təsir edə bilər. Nəticədə, bu məhsullara daha ciddi sınaq və hökumət nəzarəti tələbləri artır.
Uşaqları böyük texnoloji şirkətlərin təsirinə qarşı müdafiə edən “Fairplay” təşkilatından Reycel Frants deyir: "Bu oyuncaqların necə satıldığına, necə işlədiyinə və onların uşaqlar üçün faydalarını sübut edən araşdırmaların və tənzimləmənin olmamasına baxdığınız zaman bunun böyük bir “qırmızı xətt” olduğunu görərsiniz”.
Bu yaxınlarda baş verən bir hadisə bu narahatlıqları təsdiqləyib: "FoloToy"un süni intellektlə işləyən "Teddy Kumma" sadomazoxizm (sadomazoxizm, bir tərəfdaşının acı verməsindən (sadizm) və ya özünün acı çəkməsindən (mazoxizm) seksual zövq almaqdır) və münasibətlərdə rol oynama ilə bağlı suallara cavab verərkən açıq-saçıq cinsi mövzuları müzakirə etməyə başlayıb.
"Uşaqların görməməli olduğu mövzuları müzakirə etmək, onların psixikasına zərər verəcək məzmun yaratmaq üçün oyuncağı yönləndirmək çox asandır", - deyə ABŞ-ın qeyri-kommersiya təşkilatı olan İctimai Maraq Araşdırma Qrupunun (Pirg) direktoru Teresa Murray deyib.
Onun fikrincə, süni intellektli oyuncaqlar xüsusilə təhlükəlidir, çünki onlar “uşaqla sərhədsiz sərbəst danışıq” apara bilirlər. Bu, yersiz mövzuların müzakirəsinə və real insanlar və ya xəyali dostlar əvəzinə virtual dosta həddən artıq bağlanmağa səbəb ola bilər ki, bu da psixi və sosial inkişaf üçün təhlükəlidir.
Risklərə baxmayaraq, süni intellektli oyuncaqların tamamilə qadağan olunması tələb edilmir, çünki onlar dil və ya coğrafiya öyrənmək kimi təhsil məqsədləri üçün faydalı ola bilər. Bununla belə, təşkilat 13 yaşdan kiçik uşaqlar üçün oyuncaqların tənzimlənməsini və onların təhlükəsizliyini təmin etmək üçün müstəqil araşdırma aparılmasını tələb edir.
Qeyd edək ki, hesabatın dərcindən sonra OpenAI "FoloToy"un istehsalını dayandırıb. Şirkət daxili təhlükəsizlik auditi keçirib və məhsulu gücləndirilmiş təhlükəsizlik və moderasiya tədbirləri ilə yenidən işə salıb.
Adəm
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi








.jpg)





.webp)









.jpg)













