Sosial
İncəsənət məktəblərinə müəllim qəbulu: Müddət uzadıldı
İncəsənət məktəb və mərkəzlərinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər üçün vakant müəllim yerlərinə seçim prosesi üzrə müddət 5 dekabr 2025-ci il tarixinədək uzadılmışdır.
Publika.az xəbər verir ki, pedaqoji kadrlara olan tələbatın qarşılanması məqsədilə ümumilikdə 30 müəssisə üzrə 36 vakant yer təqdim olunur. Namizədlər mövcud vakansiyalar arasından seçimlərini əvvəlcədən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirirlər.
Test mərhələsində topladıqları bala əsasən namizədlərin seçim hüquqları aşağıdakı kimi müəyyən edilir:
- 49 bal və yuxarı nəticə göstərən namizədlər – bütün respublika üzrə vakant yerlər üzrə seçim edə bilərlər;
- 42 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı şəhəri istisna olmaqla respublikanın digər şəhər və rayonları üzrə vakant yerləri seçə bilərlər;
- 35 bal və yuxarı nəticə göstərən namizədlər – Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər regionlar üzrə vakant yerlər üzrə seçim edə bilərlər.
Seçim prosesi “MyCulture” şəxsi kabineti vasitəsilə həyata keçirilir. Namizədlər sistemə daxil olaraq uyğun vakant yeri seçməli və seçimi təsdiqləməlidirlər.
Qeyd edək ki, yerləşdirilmə yalnız namizədin seçdiyi vakant yerlər arasından sistem tərəfindən təsadüfi qaydada aparılır. Bu səbəbdən namizədlərdən seçim zamanı xüsusilə diqqətli olmaları xahiş olunur.
-
Region10:58Türkiyədə 120-dən çox şəxs saxlanıldı: Görün nəyi təbliğ edirmişlər
-
Nida Xəbər 10:30Vasif Talıbovun qərarı ilə yaradılan dövlət qurumu ləğv edildi
-
Sosial09:30Azərbaycanda bu şəxslər yüksək məbləğdə pensiya alacaqlar - Təsdiqləndi
-
Dünya09:00Avropa ilə Rusiya arasında müharibə başlayacaq - XİN başçısı tarixi açıqladı
-
Nida Xəbər 08:10Azərbaycanda sabiq nazir vəfat etdi
-
İdman07:35Fəxri prezident “Liverpul”u ələ saldı: 500 milyon xərcləyiblər, amma…
-
Ekologiya06:46Günəşdə "super partlayış" olacaq - Alimlərdən XƏBƏRDARLIQ
-
Avropa06:16Fransua Ollandın Parisdəki evi qarət edildi






































