Sosial
ADY-nin 9 ayda yük və sərnişin daşımalarından əldə etdiyi gəlirlər açıqlandı
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2025-ci ilin yanvar-sentyabr aylarında yük və sərnişin daşımalarından 296,391 min manat gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 % azdır.
Gəlirlərin strukturunda yükdaşımalar üzrə daxilolmalar 284 milyon 320,2 min manat (-9,8 %), o cümlədən beynəlxalq istiqamətlər üzrə 246 milyon 146,8 min manat (-10,5 %), daxili istiqamətlər üzrə 38 milyon 173,4 min manat (-5,2 %) təşkil edib.
Beynəlxalq istiqamətlərdə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit daşımaların payı 109 milyon 223,7 min manata (-18 %) bərabər olub.
Hesabat dövründə Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından 12 milyon 71,1 min manat (+48,4 %) gəlir əldə edilib, bu məbləğ daxili istiqamətlərdə daşımaların payına düşüb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dəmir yolları ilə 12 milyon 507,2 min ton (-10,3 %) yük, 7 milyon 156,8 min nəfər sərnişin (+19,5 %) daşınıb. Bu dövrdə tranzit yük daşımalarının həcmi 4 milyon 863,5 min ton (-14 %) təşkil edib.
-
Elm və təhsil14:56Daha bir sirr: "Yadplanetli gəmi" özünü qəribə aparır - Yerə yaxınlaşdıqca...
-
Nida Xəbər 14:23Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:36Ramiz Mehdiyevin xəyanət FOTOLARI yayıldı
-
İdman12:30Dünyanın ən seksual futbolçusu anası ilə FOTOLARINI paylaşdı: Bu sözləri yazdı
-
Ekologiya12:05Planetin ən soyuq yeri bəlli oldu: Neçə dərəcə şaxta var?
-
Region10:58Türkiyədə 120-dən çox şəxs saxlanıldı: Görün nəyi təbliğ edirmişlər
-
Nida Xəbər 10:30Vasif Talıbovun qərarı ilə yaradılan dövlət qurumu ləğv edildi
-
Sosial09:30Azərbaycanda bu şəxslər yüksək məbləğdə pensiya alacaqlar - Təsdiqləndi














.jpg)

















