Sosial
ADSEA müştəri məmnuniyyətini artırmaq məqsədilə xidmətlərini genişləndirir - VİDEOREPORTAJ
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ASAN xidmət, ASAN kommunal mərkəzlərində və KOB evlərində vətəndaşlara 14 xidmət üzrə fəaliyyət təşkil edib.
Bu barədə Publika.az-a qurumdan məlumat verilib.
Mərkəzlərə 2025-ci ilin 10 ayı ərzində 163874 müraciət daxil olub. Onlardan 96079-u yerində, 34178-i araşdırıldıqdan sonra icra edilib. 26598 müraciət informasiya xarakterli olub, 6959 müraciət sahibinə sənədləri tam şəkildə təqdim etməyin vacibliyi izah edilib.
KOB evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə xidmət sayı 5-dən 14-ə çatdırılıb, 11 xidmət elektronlaşdırılıb və onların mərhələli şəkildə my.gov.az portalına inteqrasiyası həyata keçirilir. Hazırda “E-gov.az” və “E-su.az” portalları üzərindən elektron müraciətlər qəbul olunmaqdadır.
İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib.
Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ADSEA əməkdaşları surdo təlimlərə cəlb edilib və jest dili üzrə kursları uğurla bitiriblər.
Eyni zamanda,xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlarımıza AZS ISO 10002:2022 üzrə beynəlxalq standartlara əsaslanan təlimlər keçirilib. Bundan əlavə buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb.
ASAN xidmət, ASAN kommunal və KOB evlərində həyata keçirilən xidmətlərin məqsədi əhali və qeyri-əhali istehlakçıları üzrə göstərilən kommunal xidmətlərin əlçatanlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini yüksəltməkdən ibarətdir.
-
Elm və təhsil14:56Daha bir sirr: "Yadplanetli gəmi" özünü qəribə aparır - Yerə yaxınlaşdıqca...
-
Nida Xəbər 14:23Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:36Ramiz Mehdiyevin xəyanət FOTOLARI yayıldı
-
İdman12:30Dünyanın ən seksual futbolçusu anası ilə FOTOLARINI paylaşdı: Bu sözləri yazdı
-
Ekologiya12:05Planetin ən soyuq yeri bəlli oldu: Neçə dərəcə şaxta var?
-
Region10:58Türkiyədə 120-dən çox şəxs saxlanıldı: Görün nəyi təbliğ edirmişlər
-
Nida Xəbər 10:30Vasif Talıbovun qərarı ilə yaradılan dövlət qurumu ləğv edildi
-
Sosial09:30Azərbaycanda bu şəxslər yüksək məbləğdə pensiya alacaqlar - Təsdiqləndi














.jpg)

















