Sosial
İcra başçısı müavinləri ilə bağlı yeni qayda qəbul edildi
Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.
Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.
Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
-
Rəsmi xronika13:26Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - FOTO
-
Dünya12:47Trampdan geri addım: Si Cinpinə məlumat verdi ki...
-
İqtisadi gündəm12:12Azərbaycanda siqaretin qiyməti bahalaşacaq
-
Dünya11:30Netanyahu "qan-qan" deyir: Çıxmayacağıq!
-
İdman11:18“Qarabağ” üçün əsl fürsət: Həm tarix yazmaq, həm də revanş şansı
-
Dünya10:42Orban Ərdoğandan bu zəmanəti aldı: Kritik Rusiya amili
-
Sosial10:15Güllələnmiş meyiti tapılan Nicat bu şəxsin oğlu imiş - FOTO
-
MDB09:30Rusiya Xəzər dənizi üzərində 8 PUA vurdu








.jpg)





















.jpg)







