Sosial
Deputat Səhiyyə Nazirliyini sərt tənqid etdi
“Qonşu ölkələrdən gəlmiş və ölkəmizdə işləmək arzusunda olan yüzlərlə həkim işlə təmin olunmaqda problem yaşayır. Çünki ölkəmizin qanunvericiliyinə görə, həkim kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyi tərəfindən diplomların nostrifikasiyası, yəni təsdiqi tələb olunur və müvafiq imtahan verilməsi nəzərdə tutulur".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov martın 13-də parlamentdə hökumətin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
O qeyd edib ki, hazırda ölkədə işləyən, yaşı orta yaş həddindən yuxarı olan həkimlərin əksəriyyəti vaxtilə ordinatura təhsili alıb və bu gün çox yaxşı mütəxəssis kimi fəaliyyət göstərir:
“Bir tərəfdən ölkədə həkim çatışmazlığı mövcuddur, digər tərəfdən isə hazır gəlmiş peşəkar həkimlərin işlə təmin olunmasında çətinliklər yaranır. Təklif edirəm ki, bu məsələdə humanist yanaşma tətbiq edilsin və həmin həkimlərin peşə ixtisasına yiyələnmə səviyyəsi imtahan yolu ilə yoxlanılsın, bundan sonra diplomları tanınsın. Çünki ordinatura səviyyəsində təhsil aldıqlarına görə işləməyə icazə verilmədiyi halda, səkkiz il təhsil almış bir həkimdən yenidən beş il rezidentura oxumaq tələb olunur. Halbuki onların iki illik ordinatura təhsili var və rezidentura təhsili zamanı həmin iki ilin nəzərə alınması məqsədəuyğun olardı. Əks halda, bu həkimlərin yenidən təhsil alması əlavə illərin itirilməsi deməkdir”.
-
Nida Xəbər 02:42Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi






































