Sosial
İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
Bu gündən avtomobil sahibləri üçün yeni sığorta qaydaları qüvvəyə minib. Yeni qaydalara görə, icbari sığorta haqqı sürücünün sığorta tarixçəsinə əsasən müəyyən ediləcək. Qəza törətməyən sürücülər sığorta haqqına endirim qazanacaqlar. Təqsirkar olduqları yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişi edilən sürücülər isə daha çox pul ödəyəcəklər.
Bəs yeni sistem sürücülərin xərclərinə necə təsir edəcək? Bu dəyişikliklər yol hərəkəti iştirakçılarının davranışına təsir göstərəcəkmi və sığorta sistemində hansı yeniliklərə səbəb olacaq?
Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, yeni sistem ümumilikdə sürücülərin xərclərinə təsir göstərəcək. Onun sözlərinə görə, xüsusilə qəza törətmiş sürücülər növbəti sığorta dövründə daha yüksək məbləğ ödəməli olacaqlar.

Ekspertin sözlərinə görə, bu dəyişiklik yol hərəkəti iştirakçılarının davranışına da təsir göstərə bilər:
"İnsanlar daha məsuliyyətli davranmağa, riskli hərəkətlərdən çəkinməyə və avtomobili daha diqqətli idarə etməyə çalışacaqlar".
Eldəniz Cəfərov onu da qeyd etdi ki, sığorta sistemində bu yeniliyin real təsirləri zamanla daha aydın görünəcək:
"Hazırda konkret nəticə demək çətindir. Sistem işə düşdükdən 3-6 ay sonra onun effektivliyini qiymətləndirmək mümkün olacaq".
Gülnar Süleymanova
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































