Sosial
Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir?
Azərbaycan qanunvericiliyinə görə, işləyən şəxs müddətli həqiqi hərbi xidmətə çağırıldıqda onun iş yeri, vəzifəsi və maddi təminat hüquqları dövlət tərəfindən tam qorunur.
Publika.az xəbər verir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu işləyən şəxsin həqiqi və ya alternativ xidmətə çağırılması ilə bağlıdır.
Azərbaycanda bəzi şəxslər xidmətə çağırıldıqda onun işinə xitam verilirsə, ona əlavə müavinət veriləcək.
Sözügedən məsələ "Diplomatik xidmət haqqında" Qanunda əksini tapıb.
Qeyd olunub ki, diplomatik xidmətə "müddətli həqiqi hərbi xidmət və ya alternativ xidmətə çağırıldıqda" maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına ortaaylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək.
Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA






.jpg)

















.jpg)






.jpg)



