Sosial
Zakir Fərəcov Corat qəsəbəsində səyyar qəbul keçirdi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərinin müraciətlərinin bilavasitə yerində dinlənilməsi, onları narahat edən məsələlərin araşdırılması və həlli ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi məqsədilə növbəti səyyar qəbul keçirib.
Publika.az xəbər verir ki, Corat qəsəbəsində təşkil olunan görüşdə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbər və nümayəndələri iştirak ediblər.
Görüş zamanı sakinlər yaşadıqları ərazidə sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq məsələləri, abadlıq və quruculuq işlərinin aparılması, yol və digər infrastruktur məsələləri, eləcə də müxtəlif xarakterli fərdi müraciət və təkliflərlə bağlı fikirlərini bildiriblər.
Zakir Fərəcov sakinlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan məsələlərin mahiyyəti ilə maraqlanıb və onların həlli imkanlarının yerindəcə müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.
Müraciətlər üzrə müvafiq qurumların üzərinə konkret vəzifələr qoyulub. Operativ müdaxilə tələb edən məsələlərin qısa müddətdə həll edilməsi, araşdırılması və əlavə tədbirlərin görülməsi zəruri olan müraciətlərin isə nəzarətdə saxlanılması tapşırılıb.
Səyyar qəbulların keçirilməsinin əsas məqsədlərindən birinin vətəndaşlarla birbaşa ünsiyyətin təmin edilməsi, onların gündəlik qarşılaşdıqları məsələlərin yerində öyrənilməsi və aidiyyəti qurumların fəaliyyətinin sakinlərin müraciətlərinə uyğun şəkildə əlaqələndirilməsi olduğu bildirilib.
Qeyd edilib ki, Sumqayıt şəhərində əhali ilə mütəmadi görüşlərin keçirilməsi, vətəndaş müraciətlərinə operativ və diqqətlə baxılması, qaldırılan problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

