Sosial
"Burger King"də böhran: İşçilər 2 ildir maaşlarını ala bilmirlər
“Burger King” restoranlar şəbəkəsinin Azərbaycandakı fəaliyyətini idarə edən Anarfood MMC-nin keçmiş işçiləri 2 ildir əməkhaqlarını ala bilmədiklərini bildiriblər.
Bununla bağlı Publika.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətdə qeyd olunub ki, şirkətin rəhbəri Abbas Mirzə Hikmət oğlu restoranları satdıqdan sonra işçilərə olan əməkhaqqı borclarını ödəməyib.
İşçilərin sözlərinə görə, Anarfood MMC 2023-cü ilin fevral ayında fəaliyyətini dayandırıb. Onlar bildiriblər ki, həmin vaxt şirkətin rəhbəri yeni sahibin əməkdaşları işdən çıxarmayacağını və satışdan əldə ediləcək vəsait hesabına bütün maaş borclarının ödəniləcəyini deyib.
Keçmiş əməkdaşlar qeyd ediblər ki, verilən vədlərə baxmayaraq, nə əməkhaqları ödənilib, nə də yeni rəhbərlik tərəfindən işçilərin işdə saxlanılması təmin olunub.
Müxtəlif vəzifələrdə çalışan çox sayda əməkdaş uzun müddətdir əməkhaqqı borclarının ödənilməsini tələb edirlər.
İşçilərin sözlərinə görə, onlara dəfələrlə “bu həftə”, “gələn ay” kimi vədlər verilsə də, ödəniş həyata keçirilməyib. Hər bir işçiyə 4 min manatdan 10 min manatadək əməkhaqqı borcu yaranıb. Şirkətin rəhbəri hazırda onların zənglərinə və mesajlarına cavab vermir.
Məsələ ilə bağlı Əmək Müfəttişliyi və Ombudsman Aparatına dəfələrlə kollektiv şəkildə müraciət ediblər. Lakin müraciətlərinə baxılsa da, problem bu günədək həllini tapmayıb.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq.
“Burger King” restoranlar şəbəkəsinin keçmiş rəhbəri Abbas Mirzə Hikmət oğlu suallarımızı cavablandırmadı və məsələ ilə bağlı hər hansı açıqlama verməyəcəyini bildirdi.
Müəllif: Gülnar Süleymanova
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi







.jpg)











.png)
















