Sosial
Azərbaycana qayıdanda şoka düşdü: Adına xəbərsiz əmək müqaviləsi bağlanıb - FOTO
İllərdir Rusiyada yaşayan Ramil Abbasov adlı şəxs Azərbaycana qayıdanda gözlənilməz vəziyyətlə üzləşib. O, bu barədə Publika.az-a məlumat verib.
Ramil Abbasov bildirib ki, uzun illərdir Rusiyada yaşayır. 2024-cü ildə Azərbaycana müvəqqəti qayıtdığı zaman onun adına əmək müqaviləsi bağlandığını və “Texnomaks” MMC adlı şirkətdə rəsmi iş yerinin olduğunu “myGov” portalında görüb.
Bununla bağlı Sumqayıt şəhər Əmək Müfəttişliyinə müraciət edən vətəndaş əmək müqaviləsinin onun adından silinməsini xahiş edib. Məsələnin həll olunduğunu düşünən şəxs daha sonra yenidən Rusiyaya qayıdıb.
Lakin heç nə onun düşündüyü kimi olmayıb. Ötən ay Azərbaycana qayıdan və burada işə düzəlmək istəyən Ramil Abbasova hazırda rəsmi iş yerinin olduğu və mövcud əmək müqaviləsi ləğv edilmədiyi üçün yeni işəgötürənlə əmək müqaviləsi bağlamaq mümkün olmadığı bildirilib.
Vətəndaş hazırda adına rəsmiləşdirilmiş əmək müqaviləsinin hansı şəxs və ya qurum tərəfindən bağlandığını, bunun necə baş verdiyini öyrənməyə çalışır.
Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcra Komitəsinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədovla əlaqə saxladıq.
O Publika.az-a bildirdi ki, bu halda həmin şəxs müəssisəni tapmalı və onlardan əmək müqaviləsinə xitam verilməsini tələb etməlidir:
“Müəssisəni müəyyənləşdirmək üçün ilk növbədə vergi orqanlarına da müraciət etməlidir. Həmçinin Əmək Müfəttişliyindən bu barədə məlumat almaq mümkündür.
Elə hallar da olur ki, işəgötürən müəssisə bağlanıb, hüquqi şəxs ləğv edilib, yaxud fiziki şəxs olan işəgötürən vəfat edib. Müəssisə fəaliyyətini dayandırıbsa, həmin şəxsin elektron imzası yoxdursa, fəaliyyətini dondurubsa və ya işəgötürən xaricə gedibsə, bu halda Əmək Müfəttişliyinə müraciət etmək lazımdır.
Əmək Məcəlləsinin 49-cu maddəsinin 4-cü bəndinə əsasən, şəxs özü barədə müvafiq məlumatları təqdim etməklə ərizə ilə müraciət edə bilər. Bu halda Əmək Müfəttişliyi Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsinə əsasən sistemə daxil olaraq həmin şəxsin adına aktiv olan əmək müqaviləsinə xitam verə bilər”.

S.Məmmədov onu da qeyd etdi ki, məsələ ilə bağlı həmin şəxs polisə və ya prokurorluğa da müraciət edərək hüquqlarını tələb edə bilər:
“Yaxşı olardı ki, həmin şəxs əvvəlcə müəssisəni tapsın və işəgötürəndən onu hansı əsasla işə götürdüyünü soruşsun, həmçinin əmək müqaviləsinə xitam verilməsini tələb etsin.
Əgər həmin şəxsin adından əməkhaqqı alınıb, lakin ona ödənilməyibsə, bu məsələ ilə bağlı polisə və ya prokurorluğa da müraciət edə bilər. Çünki belə halda onun adından istifadə edilərək əməkhaqqı rəsmiləşdirilib və vəsait ona ödənilməyib”.
Müəllif: Gülnar Süleymanova
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı















.webp)





















