Sosial
“WhatsApp”da məcburi dəyişiklik - Etməyən hesabına girə bilməyəcək
"WhatsApp"dan istifadə edənlər üçün yeni məcburi qayda tətbiq edilib. Telefonunu yeniləməyən istifadəçilər müəyyən hallarda hesablarına daxil ola bilməyəcəklər.
Publika.az xəbər verir ki, məşhur mesajlaşma tətbiqi artıq köhnə proqram təminatından istifadə edən telefonlardan gələn giriş sorğularını server səviyyəsində bloklayır. Yeni təhlükəsizlik qaydasına əsasən, istifadəçilər hesablarına yenidən daxil olmaq üçün telefonlarının əməliyyat sistemini ən son versiyaya yeniləməli olacaqlar. Bu tələbi keçmək mümkün deyil. İstifadəçiyə yeniləməni quraşdırmaqdan başqa seçim verilmir.
Əgər telefon köhnə modeldirsə və istehsalçı artıq həmin cihaz üçün yeniləmə təqdim etmirsə, "WhatsApp"dan istifadəni davam etdirmək üçün yeni telefona keçmək lazım gələcək.
"WhatsApp" bu addımı sistem səviyyəsində olan təhlükəsizlik boşluqlarının məlumatların qorunmasına mane olmaması üçün atıb. Köhnə əməliyyat sistemlərindən istifadə edən cihazlarda kənar şəxslərin tətbiqdəki məlumatları və istifadəçinin yazdığı düymələri daha asan ələ keçirməsi mümkündür..
Yeni sistem tətbiqin adi yenilənməsinə deyil, birbaşa telefonun Android və ya iOS əməliyyat sisteminin yenilənib-yenilənmədiyinə əsaslanır. Hazırda hansı əməliyyat sistemi versiyalarının bloklanacağı rəsmi şəkildə açıqlanmayıb. Lakin sistem istifadəçiləri telefonun parametrlərinə yönləndirərək mövcud olan ən son yeniləməni quraşdırmağı tələb edir.

-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı
-
Magazin206:1625 il sonra yenidən “Mumiya”da - FOTO
-
Magazin205:15Məşhur aktrisa 103 yaşında vəfat etdi


































.jpg)

