Sosial
Torpaq var, sənəd yox: Vətəndaşlar mülkiyyət hüququnu necə rəsmiləşdirə bilər?
Azərbaycanda vaxtilə bələdiyyələr tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələri ayrılsa da, bəzi hallarda bu proses rəsmi qaydada sənədləşdirilməyib. Nəticədə vətəndaşların əlində torpağın onlara verilməsini təsdiqləyən qərar, müqavilə və ya digər hüquqmüəyyənedici sənədlər yoxdur.
Bəs belə torpaq sahələrini qanuni yolla sənədləşdirmək mümkündürmü? Vətəndaş ilk növbədə hansı quruma müraciət etməli, torpağın vaxtilə bələdiyyə tərəfindən ayrıldığını necə sübut etməlidir? Arxiv məlumatları və şahid ifadələri hüquqi əsas kimi qəbul edilə bilərmi? Torpağın rəsmiləşdirilməsi üçün yenidən ödəniş tələb oluna bilərmi?
Mövzu ilə bağlı vəkil Abbas Kərimbəyli Publika.az-ın suallarını cavablandırdı.
O bildirdi ki, bələdiyyələr tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış, lakin sənədləşdirilməmiş torpaq sahələri üzərində mülkiyyət hüququ avtomatik yaranmır:
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun müvafiq müddəalarına əsasən, torpaq sahələrinin ayrılması qərar və müqavilə ilə rəsmiləşdirilməli, torpaq üzərində hüquqlar isə dövlət qeydiyyatına alınmalıdır.
Torpaq sahəsinin vaxtilə faktiki olaraq bölüşdürülməsi, lakin bələdiyyə qərarının, müqavilənin və ödəniş sənədlərinin olmaması həmin torpaq üzərində mülkiyyət hüququnun avtomatik yaranmasına əsas vermir. Bununla belə, sənədlərin vətəndaşın əlində olmaması onların ümumiyyətlə mövcud olmadığı anlamına gəlmir”.
Vətəndaş ilk növbədə hara müraciət etməlidir?
Abbas Kərimbəylinin sözlərinə görə, belə hallarda ilk addım müvafiq bələdiyyəyə müraciət etmək və torpaq sahəsinin ayrılması ilə bağlı arxiv sənədlərinin araşdırılmasını tələb etməkdir. Torpaq bölgüsünə dair qərarlar, protokollar və digər məlumatların aşkar edilməsi hüquqi vəziyyətin müəyyənləşdirilməsində mühüm rol oynaya bilər.
Torpağın vaxtilə vətəndaşa ayrıldığını təsdiqləyən arxiv məlumatları, şahid ifadələri və digər sübutlar məhkəmə tərəfindən qiymətləndirilə bilər. Lakin şahid ifadələri qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri əvəz etmir”.

Torpağı sənədləşdirmək mümkün olmadıqda nə edilməlidir?
Vəkil bu suala belə aydınlıq gətirdi: “Araşdırma nəticəsində torpaq sahəsinin ayrılmasına dair qanuni əsas müəyyən edilməzsə, həmin torpağın əldə edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin torpaqayırma qaydaları çərçivəsində həll olunmalıdır.
Bələdiyyə torpaqlarının satışı zamanı isə qiymət qanunvericiliyə uyğun müəyyən edilir. Dövlət qeydiyyatı və sənədləşdirmə üçün nəzərdə tutulan rüsum və xidmət haqları torpağın satış qiymətindən fərqləndirilməlidir.
Beləliklə, bələdiyyə tərəfindən vaxtilə ayrılmış, lakin sənədləri olmayan torpağın rəsmiləşdirilməsi hər bir konkret halın araşdırılmasından asılıdır. Torpağın ayrıldığı tarix, hüquqi statusu və mövcud sübutlar müəyyənləşdirilmədən mülkiyyət hüququnun tanınması və ya torpağın ödənişsiz rəsmiləşdirilməsi barədə qəti nəticəyə gəlmək mümkün deyil”.
Müəllif: Gülnar Süleymanova
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?



















.png)


















