Cənubi Qafqaz
Ermənistandakı qiyam Qarabağa sıçradı - İrəvanı qorxuya salan Bakı FAKTORU
İrəvanda Serj Sarkisyanın hakimiyyəti zəbt etməsinə -
baş nazir seçilməsinə qarşı davam edən etiraz aksiyaları
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ
bölgəsinə də sıçrayıb.
Publika.az xəbər verir ki, Xankəndində bir qrup insan
İrəvanda “Elk” fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi ilə
aparılan etirazlara dəstək verib.
Xankəndi küçələrinə çıxan insanlar “Sarkisyan çıx get!” şüarlarını
səsləndiriblər. Etirazların Qarabağa sıçraması İrəvanda ciddi
narahatlıq yaradıb. Bu narahatlığın arxasında iki amil var:
Birincisi, İrəvan Azərbaycanın yaranmış situasiyadan yararlanaraq,
Qarabağın azad edilməsi hərəkatına başlayacağından ehtiyat
edir.
İkincisi, Qarabağdakı ermənilərin könüllü şəkildə Ermənistandan
imtina etməsi qorxusu var.
Hər iki vəziyyət Azərbaycanın əlinə oynayır. Erməni ekspertlər
hesab edirlər ki, Sarkisyan rejimi İrəvandakı aksiya ilə yanaşı,
Qarabağdakı etirazları da susdurmaq üçün güc yoluna əl atacaq.
Asif
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"