Cənubi Qafqaz
Dalana dirənən Sarkisyana Putin ZƏNG ETDİ - İkinci müharibə başlayır
Serj Sarkisyan baş nazir seçilən kimi Rusiya prezidenti
Vladimir Putinlə telefonla danışıb.
Publika.az xəbər verir ki, bu, Rusiya liderinin təbriki
olsa da, Ermənistan mediası danışıqda İrəvanda başladılan “Məxməri
inqilab”ın müzakirə edildiyini yazıb.
Bu, proseslərin ciddi narahatlıq yaratdığını da deməyə əsas
verir.
Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, “əsəblərin müharibəsi
başa çatdı, indi yeni mərhələ başlanır”.
Onun fikrincə, Nikol Paşinyanın başlatdığı hərəkat Sarkisyanın baş
nazir seçilməsinin qarşısını ala bilmədi: “Faktiki olaraq, əsəb
müharibəsi başa çatdı, indi mübarizənin yeni mərhələsi
başlanır”.
A.Amatuni hesab edir ki, hadisələr silahlı qarşıdurmaya qədər gedib
çıxa bilər.
Erməni ekspertlər Putinin Sarkisyana zənginin İrəvandakı
aksiyaların gedişatını dəyişdirəcəyini düşünürlər. Belə ki,
Sarkisyanın proseslərə güc yolu ilə müdaxilə edəcəyi
gözlənilir.
Amatuni qeyd edir ki, əgər ya hakimiyyət, ya da etirazçılar gücə əl
atacaqlarsa, bu, Ermənistanın qan gölünə çevrilməsi ilə nəticələnə
bilər.
Asif
-
Sosial22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI