• USD 1,7000 0,00% EUR 1,9912 -0,51%
    • GBP 2,3304 -0,68% RUB 0,0232 -0,86%

ABŞ-ın səfirliyi təhlükədə: zirehli avtomobillər GƏTİRİLDİ - CANLI YAYIM (YENİLƏNİR)

ABŞ-ın səfirliyi təhlükədə: zirehli avtomobillər GƏTİRİLDİ - CANLI YAYIM (YENİLƏNİR)

Mitinq iştirakçıları ABŞ səfirliyinə doğru hərəkət etməyə başlayıblar. Təntənəli yürüş İsakov prospekti üzrə irəliləyir.

Polis Ermənistanın Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının həyətində böyük gücləri cəmləyib. Əraziyə xeyli avtobus, həmçinin üzərində "Police" yazısı olan zirehli avtomobillər gətirilib.

Xatırladaq ki, bu axşam baş nazir Serj Sarkisyanın sədrliyi ilə hökumətin birinci iclası planlaşdırılıb. Nikol Paşinyan axşamla bağlı planlarını hələ açıqlamayıb.

Saat 13:00-a olan məlumata görə, polis tərəfindən saxlanılan etirazçıların sayı 100-ə çatıb.

***

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı Ermənistanda keçirilən etiraz aksiyaları davam edir.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərlik etdiyi nümayişçilər hökumət binasının ətrafında yerləşməkdədirlər.

Nikol Paşinyan dünən İrəvanın Respublika meydanında keçirilən mitinqdə bildirib ki, aprelin 19-da yeni baş nazir Serj Sarkisyanın sədrliyi ilə hökumətin birinci iclası olacaq. Paşinyan hökumətin işini bloklamaq üçün heç kimə binaya girməyə icazə verməməyə çağırıb.

Son xəbərə görə, polis hökumət binasının qarşısında toplaşan nümayişçiləri həbs etməyə başlayıb. Hadisə yerinə xeyli sayda polis və xüsusi təyinatlıların gəldiyi bildirilir. Polislər ən aktiv iştirakçıları aparırlar. Nümayişçilərin bir hissəsi isə polisə aktiv müqavimət göstərir. Vaxtaşırı “Polislər, daha aktiv işləyin!” əmri eşidilir.

Paşinyan polisləri silahı yerə qoyaraq təslim olmağa və onlara qoşulmağa çağırıb. Polis dünən yaydığı bəyanatda hökumət binalarının müdafiəsi zamanı xüsusi vasitələr və hətta silahdan istifadə etmək haqqının olduğunu bildirmişdi.

Xatırladaq ki, Nikol Paşinyan-ın ərəfəsində o haqda bildirdi ki, bu gün Hökumətin binasını bloklamaq lazımdır. Bu gün ölkənin yeni baş naziri Serj Sarkisyanın başçılığı ilə nazirlər kabinetinin birinci iclası olmalıdır.

Bəzi məlumatlara görə, bu gün 17 nümayişçi saxlanılıb.

Xatırladaq ki, aksiyalar aprelin 13-dən keçir. Aprelin 17-də Paşinyan Ermənistanda "məxməri inqilabı"n başlandığını bəyan edib. Aksiya iştirakçıları vaxtaşırı mitinqlər, təntənəli yürüşlər keçirir, paytaxtın mərkəzi küçələrini bağlayır və dövlət orqanlarının işinə mane olmağa çalışırlar.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR