• USD 1,7000 0,00% EUR 1,9912 -0,51%
    • GBP 2,3304 -0,68% RUB 0,0232 -0,86%

Uşaqlara qarşı ŞOK HƏRƏKƏT - Sarkisyana qarşı üsyan Azərbaycan sərhədlərinə YAYILDI – CANLI YAYIM (YENİLƏNİR)

Uşaqlara qarşı ŞOK HƏRƏKƏT - Sarkisyana qarşı üsyan Azərbaycan sərhədlərinə YAYILDI – CANLI YAYIM (YENİLƏNİR)

İrəvanda vəziyyət hər keçən saat gərginləşməkdədir. “News.am” saytının xəbərinə görə, 3 böyük yük avtomobilinin sürücüləri Alabyan dördyol ayrıcı ilə Kiyev körpüsü arasındakı yolu kəsiblər.

Sürücülər avtomobillərin xarab olduğunu bildirirlər. Paşinyan sürücülərdən birinə yaxınlaşaraq onunla qucaqlaşıb. Sürücülərin təntənəli yürüşə qoşulduğu bildirilir.

Son xəbərə görə, polis 183 nümayişçini saxlayıb.

***

Etirazçılar Nikol Paşinyanın çağırışı ilə İrəvan-Abovyan yolunu kəsməyə çalışıblar.

“Azadlıq” radiosunun xəbərinə görə, aksiya iştirakçıları özləri ilə gətirdiyi uşaqları yola oturtmaq istəsələr də, polis uşaqların təhlükəsizliyi nöqteyi-nəzərindən buna imkan verməyib.

Öz hərəkətlərini izah edən uşaqların valideynləri “uşaqlar onsuz ən əhəmiyyətli şeylərdən məhrum ediliblər” deyiblər.

Aksiyada Tavuş vilayətinin sakinləri də iştirak edirlər.

“Biz sərhədin (Azərbaycanla həmsərhəd vilayətdir – red.) üç kilometrliyində yaşayırıq. Bizdə nə iş, nə də layiqli həyat şərtləri var”, - onlar bildiriblər.

Maştots prospektində hazırda gərgin vəziyyət hökm sürür. Polis prospektin açılması üçün nümayişçilərə güc tətbiq edib. İrəvanda həbs edilənlərin sayının 52-yə çatdığı bildirilir.

***

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən etiraz aksiyası davam edir.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu gün səhər saatlarında polislər siyasi fəal David Sanasaryanı və bir neçə başqa nümayişçini saxlayıblar.

“Biz sizi sevirik. Əmin olun ki, gec-tez hər şey dəyişəcək. Serj Sarkisyan bizim hamınızı manipulyasiya edə bilməz”, - Sanasaryan saxlanılan zaman bildirib.

Onun mobil telefonu artıq polis maşınında əlindən alınıb.

Dünən isə İrəvan məhkəməsi daha bir siyasi fəal Tiqran Mazmanyanın iki aylıq həbsi haqqında qərar qəbul edib. “Yelk” blokunun parlament fraksiyasının beş deputatı, həmçinin Nikol Paşinyanın Mazmanyan üçün zəmanət təqdim etməsi də məhkəmənin qərarını dəyişdirməyib. Mazmanyan dövlət radiosunda qarışıqlıqlarda iştirakda şübhəli bilinir.

Qeyd edək ki, aprelin 19-da keçirilən mitinqdə Nikol Paşinyan etirazın yeni formasını elan edib. Etirazçılar aprelin 20-dən paytaxtın ayrı rayonlarını bağlayan əsas küçələri bağlamalıdır. Həmçinin, metro stansiyalarının bloklanması planlaşdırılır. Nikol Paşinyanın sözlərinə görə, etirazın yeni forması Serj Sərkisyanı hakimiyyətdən getməyə məcbur etməlidir.

Xatırladaq ki, aksiyalar aprelin 13-də başlayıb. Aprelin 17-də Paşinyan Ermənistanda "məxməri inqilab"ın başlandığını bəyan edib. Aksiya iştirakçıları vaxtaşırı mitinqlər, təntənəli yürüşlər keçirir, paytaxtın mərkəzi küçələrini bağlayır və dövlət orqanlarının işinə mane olmağa çalışırlar.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR