Sarkisyan iki yoldan birini seçməyə MƏCBUR QALDI: ya güc, ya...
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyan iki yoldan birini seçməyə MƏCBUR QALDI: ya güc, ya...

Ermənistanın baş naziri Sarkisyanın iki yolu qalıb: ya aksiyaları güc yolu ilə dağıtmaq, ya da istefa vermək.

Publika.az
xəbər verir ki, “lragir” nəşri Sarkisyanın bu iki yoldan birini seçmək istəmədiyini yazır.

Nəşr qeyd edir ki, hakimiyyət üçüncü yolu gözləyir: “Onlar Paşinyanın rəhbərlik etdiyi etirazçıların yorulacağını və evlərinə qayıdacaqlarını gözləyirlər. Hərçənd, bu, baş vermir. Nikol ağıllı davranır və onun tərəfdarları hər keçən gün artır. Hətta təkcə küçədə yox, məktəblərdə, evlərdə passiv etirazçılar çoxalır. Digər tərəfdən, əhali etirazçıların İrəvan küçələrində tıxac yaratmasından narahat deyillər, əksinə onlara dəstək verirlər. Məktəb direktorları da Sarkisyanı dəstəkləmir. Qaqik Sarukyanın rəhbərlik etdiyi “Sarukyan” bloku da hakimiyyəti dəstəkləmir. Hər şey Sarkisyanın əleyhinə çevrilib, lakin o, istefaya hazırdırmı?!”.

İrəvanla yanaşı, Ermənistanın ucqar yaşayış məntəqələrində də “Serj, get!” şüarları səsləndirilir. Marzax kəndinin ağsaqqalları da ayağa qalxaraq, etiraza qoşulublar.

Erməni siyasi şərhçi Tevos Arşakyan yazır ki, xalqın etiraz dalğasının qarşısını almaq mümkün olmayacaq.

Son məlumatlara görə, dünyada tanınmış ermənilər - Serj Tankyan, Şarl Aznavur, Arsin Xandjyan da Sarkisyanın istefasını tələb ediblər. Erməni diasporu faktiki olaraq, rejimə qarşı çıxır.

Erməni politoloq Ara Papyan bildirir ki, Sarkisyan etirazçılara güc tətbiq edəcəksə, təcrid olunacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm