Ermənistanın daha 3 şəhərində İNQİLAB BAŞLADI: Barrikada döyüşü olacaq  - CANLI YAYIM
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın daha 3 şəhərində İNQİLAB BAŞLADI: Barrikada döyüşü olacaq  - CANLI YAYIM

İrəvandakı aksiyalar zamanı saxlanılanların sayı 62-yə çatıb.

Publika.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan deyib.

Agentliyin İrəvandakı müxbirinin məlumatına görə, Ermənistanda daha 3 şəhərdə Serj Sarkisyana qarşı etiraz aksiyaları başlayıb.

Bu gün Eçmiədzin şəhərində yüzlərlə insan küçələrə çıxıb, həmçinin, Gümrü və Vanadzor şəhərlərində də aksiyalar davam edir.

İrəvanla yanaşı, hər üç şəhərdə də etirazçılar barrikadalar qurmağa başlayıb.

***

İrəvanda “Malatya” ticarət mərkəzinin işçiləri də Nikol Paşinyanın rəhbərlik etdiyi aksiyaya qoşulub.

Publika.az
xəbər verir ki, ticarət mərkəzinin əməkdaşları Maştosa prospektini və Tumanyan küçəsini bağlayıblar.

Məlumata görə, nümayişçilər küçələrdə barrikadalar qurublar. Bundan sonra polislər nümayişçilərə hücum edib. Həbslər başlanıb.

Qarşıdurma davam edir.

***

Ermənistan polisi İrəvanda Serj Sarkisyanın baş nazir olmasına etiraz edən aksiya iştirakçılarını müdaxilə etməklə hədələyib.

Publika.az
xəbər verir ki, polisin xəbərdarlığında aksiyaya liderlik edən Nikol Paşinyana etirazı dayandırmaq çağırışı edilib.

“Aksiya rəhbərliyi xəbərdarlığa əməl etməsə, polis qanunla müəyyən edilmiş qaydada müdaxilə edəcək”, - deyə xəbərdarlıqdan bildirilir.

Bununla yanaşı, Ermənistan Müdafiə Nazirliyi də aksiya ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, “aksiyaçılar Müdafiə Nazirliyinə məxsus binaları blokadaya almaqdan və orduya aid avtomobillərin yollarını kəsməkdən çəkinməlidir. Bu halla baş verərsə, Müdafiə Nazirliyi sərt tədbirlərə əl atacaq”.

***

Paşinyan və Polis təntənəli yürüşün təşkili haqqında razılaşdı.

İrəvanda etiraz aksiyasına rəhbərlik edən “Elk” fraksiyasının lideri Nikol Paşinyanla şəhər polisinin rəis müavini Valeri Osipyan təntənəli yürüşün təşkili haqqında razılaşıb.

Publika.az xəbər verir ki, hazırda etirazçılar Norkski massivində toplaşıb. Polis əvvəlcə təntənəli yürüşün qarşısını alıb, aksiya iştirakçılarından bəzilərini həbs edib.

V. Ospiyan Paşinyana bildirib ki, təntənəli yürüşün marşrutunu açıqladıqdan sonra icazə verəcəklər. Lakin etirazçılara yolları və binalara girişi bağlamayacağı təqdirdə, yürüş keçirmək şəraiti yaradılacaq.

Paşinyan bildirib ki, gecə ərzində aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq olunub: “Onlardan bir neçəsinin avtomobili sındırlıb”.

***

İrəvanda Serj Sarkisyanın istefasını tələb edən aksiyaların 9-cı günü başlayıb.

Publika.az
xəbər verir ki, etirazçıların lideri Nikol Paşinyan mitinqə paytaxtın 7-ci mikrorayonundan başlayacaqlarını açıqlayıb.

Aksiya iştirakçıları küçələri bağlamaq istəyərkən polislə qarşıdurma yaşanıb. Etirazçılar polis koridorunu yarmağa cəhd ediblər.

İrəvan polis rəisinin müavini Valeri Osipyan Paşinyana yaxınlaşaraq, aksiyanın qanunsuz olduğunu, digər insanların hüquqlarının pozulduğunu deyib.

Paşinyan isə tərəfdarlarını Norkski massivinə toplaşmağa çağırıb. Məqsəd bundan sonrakı addımların müzakirə edilməsi və hərəkət planının hazırlanmasıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm