Cənubi Qafqaz
Sarkisyanın Qarabağla bağlı ŞOK PLANI - Erməni şərhçi HƏR ŞEYİ AÇDI
Ermənistan daxilində xalqın etirazının qarşısını ala
bilməyən və ölkəyə nəzarəti itirən baş nazir Serj Sarkisyan
Qarabağda yeni cəbhə açır.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi
Ermənistanın Azərbaycan Ordusu haqqında yaydığı videonu şərh
edərək, bunun cəmiyyətin diqqətini yayındırmağa hesablanmış addım
olduğunu yazıb.
“Ermənistan rəhbərliyi bu cür informasiya ilə əhalinin diqqətini
yayındırır. Hərçənd, Sarkisyanın nəzarətdən çıxan vəziyyəti ələ
almaq üçün Qarabağda yeni cəbhə aça bilər”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda
Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə
guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının
cəmləşməsi ilə əlaqədar yaydığı videonun növbəti təxribat olduğu
deyilir.
“Nümayiş etdirilən kadrlar Azərbaycan ordusunun planlı surətdə
keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən
və müxtəlif rakurslardan çəkilərək montaj edilib. Ermənistandakı
kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu
cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində
saxlamaqda davam edir. Müdafiə Nazirliyi bildirir ki, baş verə
biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”, - deyə
məlumatda bildirilir.
Asif
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı