Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” Partiyasının rəhbəri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan aprelin 25-də Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icraçısı Karen Karapetyanla görüşəcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Nikol Paşinyanın özü bildirib.

Onun sözlərinə görə, Karapetyanla danışıqlar yerli vaxtla saat 11:00-da “Armeniya-Mariott” mehmanxanasında başlayacaq.

Parlamentin deputatı dünənki mitinqdə elan edib ki, siyasi dialoqun təklif edilmiş gündəliyi qüvvədə qalır.

“Bizim çağırışımızda bir deyil, bir neçə məsələ var”, - Paşinyan deyib.

“İkinci addım (birinci addım Serj Sarkisyanın baş nazir vəzifəsindən istefası idi və bu tələb dünən yerinə yetirilib –red.): parlament baş naziri təyin edir və bu, növbəti həftə ərzində olmalıdır. Sonra müvəqqəti hökumət formalaşdırılır. Sonra isə ən qısa məntiqi müddətdə növbədənkənar parlament seçkiləri keçirilməlidir”, – Paşinyan vurğulayıb.

Nikol Paşinyan həmçinin söyləyib ki, Ermənistanda nifrət atmosferi bağlanıb.

“Ermənistanda azadlıq, qardaşlıq, qanunilik və milli birlik atmosferi yaradılacaq”, – deputat vurğulayıb.

Əlavə edək ki, Karapetyan Kremlin adamı olaraq tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm