Sarkisyanın varisi yaxın vaxtlarda açıqlanacaq
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyanın varisi yaxın vaxtlarda açıqlanacaq

Ermənistanın hakim Respublika Partiyası yaxın vaxtlarda baş nazir vəzifəsinə namizədlik üzrə qərar qəbul edəcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib.

Bu gün parlament fraksiyası növbədənkənar parlament seçkilərinin çağırışı üzrə xüsusi iclası çağırıb. Baqdasaryanın sözlərinə görə, partiya bu axşam və ya sabah öz mövqeyi haqqında bəyanatla çıxış edəcək.

“Biz parlamentdə əksəriyyətə malikik və baş nazir vəzifəsinə namizədlik üzrə qərar qəbul edəcəyik”, - o deyib.

Müxalifət isə bu gün mitinqdə baş nazir postuna "xalqın namizədi"ni seçəcək. Bu haqda etiraz aksiyalarının lideri Nikol Paşinyan jurnalistlərə bildirib.

"Mitinq axşam19.00-da başlanacaq, biz xalqın namizədini seçəcəyik", - Paşinyan vurğulayıb.

Qeyd edək ki, aprelin 23-də Serj Sarkisyan baş nazir portundan imtina edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm