Paşinyan və Qarabağ separatçılarının lideri arasında GİZLİ SÖVDƏLƏŞMƏ – ŞOK DETALLAR
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan və Qarabağ separatçılarının lideri arasında GİZLİ SÖVDƏLƏŞMƏ – ŞOK DETALLAR

Nikol Paşinyanın hakimiyyətə gəlişi Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxaracaq.

Publika.az xəbər verir ki, bunu Avropanın Erməni İttifaqları Forumunun vitse-prezidenti, Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi Vladimir Poqosyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan indi artıq ciddi strateji səhvlərə yol verir və bu səhvlər qaçılmaz nəticələrə gətirib çıxara bilərlər.

Poqosyan hesab edir ki, Ermənistanda bir sıra nazirlər, həmçinin Mərkəzi Bankın başçısı valyutanın ölkədən çıxarılmaması üçün vəzifələrindən kənarlaşdırılaraq həbs edilməli idilər. Milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi həmçinin bu fikirdədir ki, cinayətkarların məsuliyyətdən qaçmamaları üçün dövlət sərhədləri bağlanmalı idi.

O, Paşinyan boş xəzinəylə hakimiyyətə gələcəyini, ölkədə xaos vəziyyətinin yaranacağını iddia edib.

Keçmiş məmurun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlmək üçün keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçaryan, həmçinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla sözləşməyə girdiyi barədə məlumatlar var.

Poqosyan bildirib ki, bu üçlük öz hədəfləri üçün Paşinyandan istifadə edirlər.

Xatırladaq ki, aprelin 23-də - Serj Sarkisyanın istefa verməsindən bir neçə saat əvvəl keçirilən təhlükəsizlik müşavirəsində prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanla yanaşı, Bako Saakyan da iştirak edib.

Dağlıq Qarabağ separatçılarının lideri sonradan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və onun xələfi Robert Köçəryanla görüşüb. KİV-ə verilən məlumatlara görə, görüşlərdə Ermənistanda yaranmış daxili siyasi vəziyyətə toxunulub.

Adının açıqlanmamasını istəyən bəzi mənbələr isə Saakyanın Paşinyanla da görüşdüyünü bildiriblər. Bütün bu görüşlər isə Saakyanın qurulması mümkün görünən yeni hökumətin formalaşması istiqamətində aparılan danışıqlarda iştirak etdiyini deməyə əsas verir. Həmçinin, Levon Ter-Petrosyan-Robert Köçəryan-Bako Saakyan-Nikol Paşinyan dördbucağında ciddi sövdələşmələrin olduğunu da istisna etmək olmaz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm