Paşinyan hakimiyyəti onunla bölüşdürəcək? – QAPALI GÖRÜŞ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan hakimiyyəti onunla bölüşdürəcək? – QAPALI GÖRÜŞ

“Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı, parlamentin “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyanla Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan arasında görüş olub.

Publika.az xəbər verir ki, bu haqda müxalifətin lideri feysbuk səhifəsində yazıb.

“İndi mən Qagik Çarukyanla görüşdüm. Biz yaranmış daxili siyasət vəziyyəti və ondan çıxışın mümkün yollarını müzakirə etdik. Konsultasiyalar davam edəcək”, - Paşinyan əlavə edib.

Görüş mətbuata qapalı keçirilib.

Xatırladaq ki, ötən gün Qagik Çarukyanla məşhur rusiyalı milyarder Samvel Karapetyan arasında görüş baş tutub. Karapetyanın Çarukyana baş nazir postunu və Respublika Partiyası ilə koalisiya hökuməti yaratmağı təklif etdiyi bildirilir.

Çarukyan bu təklifi rədd edib və etirazlara qoşulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm