Cənubi Qafqaz
İrəvanda qarışıqlıq, Qarabağda müharibə BAŞLAYIR? - Putin Sarkisyana zəng etdi
İrəvanda “Elk” fraksiyasının lideri Nikol Paşinyanın
rəhbərliyi ilə 14 gündür etiraz aksiyaları davam edir.
Publika.az xəbər verir ki, aksiyaların 11-ci günündə baş
nazir Serj Sarkisyan istefa verməyə məcbur oldu. Sarkisyanın
istefası Paşinyanın hakimiyyət qarşısındakı 4 şərtdən biri idi.
Birinci şərt yerinə yetirilsə də, digər 3 şərt – xalqın namizədinin
baş nazir olması, müvəqqəti hökumətin qurulması və növbədənkənar
parlament seçkilərinin keçirilməsi – baş nazir vəzifəsini yerinə
yetirən Karen Karapetyan tərəfindən yerinə yetirilmədi. Ardınca
Paşinyan Respublika Partiyasının ümumilikdə hakimiyyəti təhvil
verməsi tələbi ilə aksiyaları davam etdirdi.
Hazırda Ermənistanda vəziyyət olduqca qarışıqdır. Aksiyaların hara
kimi davam edəcəyi məlum deyil. Etirazçılar hakimiyyətin xalqa
keçəcəyi günə qədər davam edəcəklərini bəyan ediblər.
“Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyaları Paşinyanı
dəstəklədiklərini açıqlayıblar. Bununla yanaşı, idman naziri Qraçya
Rostomyan da etirazçıların tərəfinə keçib. Ölkənin tanınmış
idmançıları, olimpiya çempionları Rostomyanın qərarına dəstək
olaraq etirazçılara qoşulub.
Ermənistanda hadisələrin inkişafı Moskvada narahatlığa səbəb olub.
Dünən axşam saatlarında Rusiya prezidenti Vladimir Putinlə
Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon söhbəti
olub.
“Qazeta.ru” saytı yazır ki, Moskvanı narahat edən məsələlərdən biri
də Dağlıq Qarabağda toqquşmaların başlamasıdır.
Kremldəki mənbələr Ermənistandakı qarışıqlığın Qarabağda müharibəyə
qədər gətirib çıxacağını istisna etmir və Moskvanın bu ssenarilər
üzərində düşündüyü deyilir.
Asif
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK