Ermənistanda KRİTİK GÖRÜŞ və Kremlin adamından RƏDD CAVABI
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda KRİTİK GÖRÜŞ və Kremlin adamından RƏDD CAVABI

Dünən gecə Ermənistan prezidenti Armen Sarkisyanla müxalifət lideri, deputat Nikol Paşinyan arasında görüş keçirilib.

Publika.az xəbər verir ki, bu haqda feysbuk səhifəsində Nikol Paşinyan bildirib.

“Biz Ermənistanda yaranmış vəziyyəti və ondan çıxışın mümkün yollarını müzakirə etdik. Sarkisyan həmçinin özü ilə sənədləri gətirdi. Bu sənədlərdə onun 2011-ci ilin dekabrında Böyük Britaniya vətəndaşlığından çıxdığı göstərilirdi”, - Paşinyan əlavə edib.

O həmçinin bildirib ki, keçmiş koalisiya partiyası olan Daşnaksütyunun nümayəndələri - partiyanın ali orqanının nümayəndəsi Arsen Ambartsumyan və parlament fraksiyasının rəhbəri Armen Rustamyanla görüşüb.

Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyan isə Nikol Paşinyanla görüşdən imtina edib. Bu haqda Karapetyanın mətbuat katibi Aram Araratyan bildirib.

"Karen Karapetyan öz fikrində qalır: jurnalistlərin iştirakı ilə danışıqlar nəticəsiz olacaq", - Araratyanın bəyanatında deyilir.

Xatırladaq ki, Paşinyan dünən Respublika meydanında keçirilən mitinqdə çıxışı zamanı Karen Karapetyanı danışıqlara dəvət etmişdi.

“Respublika Partiyası qərara gəldi ki, Karapetyana danışıqlar üşün səlahiyyət verməlidir. Biz əvvəlki kimi, bizim çağırışlarımız çərçivəsində danışıq prosesini davam etməyə hazır olduğumuzu ifadə edirik. Mən sabah Karapetyanı başlanğıc olaraq saat 12.00-da danışıqlar prosesinə dəvət edirəm”, - Paşinyan deyib.

O vurğulayıb ki, danışıqlar jurnalistlər iştirakı ilə keçirilməlidir.

“Biz hakimiyyətlə bağlı qapılar arxasında danışıqlar aparmayacağıq”, - müxalifət lideri qeyd edib.

Qeyd edək ki, İrəvanda kütləvi etiraz aksiyalarına ikigünlük fasilə veriləcək. Bu gün ölkənin ikinci böyük şəhəri olan Gümrüdə, aprelin 28-də isə ölkənin üçüncü böyük şəhəri Vanadzorda mitinqlərin keçirilməsi nəzərdə tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm