Cənubi Qafqaz
Paşinyanın Azərbaycana qarşı ŞOK PLANI ÜZƏ ÇIXDI: “Bakını məcbur etmək lazımdır ki…” - VİDEO
“Avrasiya İqtisadi İttifaqı ilə heç bir problem yoxdur. Biz Emənistanın ittifaqdan çıxışı üzrə məsələni qoymağa hazırlaşmırıq”.
Publika.az xəbər verir ki, bu haqda Ermənistan müxalifətinin lideri Nikol Paşinyan parlamentdə jurnalistlərlə görüşdə bildirib.
Paşinyan söz verib ki, Ermənistanda bütün mənfi hadisələrin kökü kəsiləcək. Əks təqdirdə, bu proses heç bir məna daşımayacaq. Bizim vəzifəmiz real və müsbət dəyişikliklərə nail olmaqdır”, - o deyib.
Paşinyan həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Onun sözlərinə görə, Azərbaycanı Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda “konstruktiv məcraya qayıtmağa məcbur etmək” lazımdır. Deputat hesab edir ki, danışıqların davam etdirilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələri imkan yaratmalıdır ki, Azərbaycan “konstruktiv yola qayıtsın”.
Ermənistan müxalifətinin lideri qeyd edib ki, “Azərbaycan qeyri-konstruktiv, aqressiv mövqe nümayiş etdirir”.
“Bu halda effektiv danışıqları aparmaq mümkün deyil”, - deyən Paşinyan Bakının İrəvanın Azərbaycanın tarixi torpaqları olması barədə bəyanatları xatırladıb.
Bizim vəzifəmiz ordunu möhkəmləndirmək, döyüş hazırlığını artımaqdır. Bu, Azərbaycanı konstruktiv məcraya qaytarmağın yoludur. Biz Qarabağı tam dəstəkləyirik və baş nazir seçiləcəyim təqdirdə ilk addımım təmas xəttində operativ vəziyyətlə tanış olmaqdan ibarət olacaq”, - Paşinyan deyib.
Ömər Dağlı
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL