Kremlin adamı “ailəyə toxunmayın” dedi və İSTEFA VERDİ
Bizi izləyin

Cənubi Qafqaz

Kremlin adamı “ailəyə toxunmayın” dedi və İSTEFA VERDİ

Serj Sarkisyanın istefasından sonra baş nazir vəzifəsini icra edən Karen Karapetyan da istefa verdiyini açıqlayıb.

Publika.az
xəbər verir ki, bu haqda Karapetyan “facebook” səhifəsində yazıb.

“Hər kəsə təşəkkür etmək istəyirəm. Məsuliyyətli və maraqlı dövr idi. Yeni baş naziri təbrik edirəm. Ona və növbəti baş nazirlərə uğurlar arzulayıram”, - deyə o bildirib.

Karapetyan həmçinin, cəmiyyətə üz tutaraq bildirib ki, “baş naziri tənqid edərkən, onun ailəsini hədəfə almayın”.

Qeyd edək ki, bu gün Nikol Paşinyan Ermənistanın baş naziri seçilib. Kremlin adamı kimi tanınan, vaxtilə “Qazrpom”da işləmiş Karapetyan əvvəlcə Ermənistanın baş naziri olub. Daha sonra Serj Sarkisyan baş nazir olanda onun birinci müavini olub. İrəvanda etiraz aksiyalarının nəticəsində Sarkisyan istefa verəndən sonra isə baş nazir vəzifəsini müvəqqəti icra edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm