Dağlıq Qarabağ Ermənistana birləşdiriləcək? – İrəvandan SƏRSƏM BƏYANAT
Bizi izləyin

Cənubi Qafqaz

Dağlıq Qarabağ Ermənistana birləşdiriləcək? – İrəvandan SƏRSƏM BƏYANAT

Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistana birləşməsi perspektivindən danışıb.

Publika.az xəbər verir ki, Paşinyan Xankəndidə mətbuat konfransında beynəlxalq tanınmanın bunun bir yolu olduğunu deyib.

“Qarabağın beynəlxalq tanınması bunun bir yoludur. Artıq beynəlxalq səviyyədə tanındıqda, Ermənistan və Arsax (Dağlıq Qarabağ –red.) xalqları öz mövqeyini ifadə edəcəklər”, - o vurğulayıb.

O qeyd edib ki, Dağlıq Qarabağ ayrıca tərəf kimi çıxış etməyənədək, Minsk qrupu çərçivəsindəki danışıqlar formatı bütöv sayıla bilməz: "Dağlıq Qarabağın beynəlxalq birlik tərəfindən müstəqil qurum kimi tanınması üçün erməni diasporası da cəlb olunmalıdır”.

Qeyd edək ki, Paşinyan dünən Ermənistanın baş naziri seçilib. O, bu gün Azərbaycanın işğal olunmuş torpaqlarına gəlib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm