Avropadan Moskvanı qəzəbləndirəcək Ermənistan QƏRARI
Bizi izləyin

Cənubi Qafqaz

Avropadan Moskvanı qəzəbləndirəcək Ermənistan QƏRARI

Avropa Parlamentinin Xarici işlər üzrə komitəsi ötən il Ermənistan və Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında sazişi yekdilliklə qəbul edib.

Publika.az
xəbər verir ki, AP-ın Xarici işlər üzrə komitəsinin dünən keçirilən iclasında bir neçə saat Ermənistandakı son hadisələr müzakirə edilib.

AP üzvləri Ermənistana maddi və texniki dəstək verilməklə yanaşı, həm də viza rejiminin ləğvi məsələsinə də baxılmasına çağırış ediblər.

Erməni siyasi şərhçi Sarqis Artsruni bu sazişin Ermənistanı Qərbə yaxınlaşdıracağını yazıb.

“Serj Sarkisyan Rusiyaya görə bu sazişi kağız üzərində saxlamışdı. Nikol Paşinyanın dövründə saziş imzalandı və Avropa hərtərəfli dəstək sözünü verdi. Bu, Ermənistan üçün yaxşıdır, amma Moskvanın xoşuna gəlməyəcək”, - deyə o bildirib.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm