Paşinyanın Tbilisi səfərindəki SİRLİ DETAL ORTAYA ÇIXDI - Ağlasığmaz hədəf
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyanın Tbilisi səfərindəki SİRLİ DETAL ORTAYA ÇIXDI - Ağlasığmaz hədəf

Bu gün Gürcüstana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın proqramında Cavaxetiyada ermənilərlə görüşün keçirilməsi diqqətçəkən detaldır.

Publika.az
xəbər verir ki, Paşinyanın səfəri iki gün (30-31 may) davam edəcək.

Bu səfərin arxasında bir sıra amillər dayanır: Gürcüstan vasitəsilə Azərbaycan və Türkiyənin blokadasını yarmaq; Abxaziya üzərindən Rusiyaya tranzitin açılmasına nail olmaq; İqtisadi dəstək əldə etmək və s.

Paşinyanın Cavaxetiyada ermənilərlə görüşü Ermənistanın yeni rəhbərinin soydaşları ilə təmas qurması olaraq qəbul edilə bilər. Lakin bu görüşün altında gələcək separat planlarının da yatdığı deyilir.

Gürcüstanın Cavaxetiya bölgəsində ermənilər kompakt şəkildə yaşayır. Onlar bu torpaqların ermənilərə məxsus olduğunu və Tbilisidən ayrılmaq istəklərini dəfələrlə əyani şəkildə büruzə veriblər. Misal üçün ötən ilin oktyabrında Cavaxetiyanın Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi isə buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb.

Gürcüstan mediası yazırdı ki, Kumurdo kəndində 1830-ci ilə qədər heç bir erməni yaşamayıb.

“Əslində bölgədə erməni təxribatı çoxdan hazırlanırdı. Hələ 2015-ci ilin yayında 180 erməni Gürcüstanın mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı Axalkalaki bələdiyyəsinin sədri Eduard Aqasaryana, Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana və erməni apostol kilsəsinin keşişi Babkenu Salbiyana şikayət edib. Şikayət məktubunda gürcü kilsəsində aparılan arxeoloji qazıntılarda “erməni sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə qaytarılması tələb olunur. Halbuki, orada ermənilərə aid heç bir sümük tapılmayıb. Kumurdoda baş verənlər ermənilərin başqalarının torpağında kilsələr tikərək, onu necə mənimsədiyini bir daha sübut edir. Kumurdoda baş verən təxribata erməni ekstremistlər uzun müddətdir hazırlaşıb. Ermənistanın Cavaxetiyanın ermənilərə aid olması haqda separatçı fikirlər səsləndirən Serqey Minasyanı Tiflisə səfir göndərmək istəyi də buna hesablanmışdı. Lakin Gürcüstan hökuməti bu təyinata qarşı çıxdı. Bununla belə, erməni ekstremistlər Kumurdoda təxribatı təşkil etdilər. Maraqlıdır ki, bu təxribat həmin bölgədən keçən strateji əhəmiyyətli Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə salınması ərəfəsində baş verir. Hədəf aydındır: dəmiryolunun keçdiyi regionda stabilliyi pozmaq. Lakin daha bir hədəf gürcü Pravoslav Kilsəsinə zərbə endirməkdir. Məsələ ondadır ki, ermənilər rəsmi olaraq 442 gürcü məbədinə iddia edir. Qeyri-rəsmi rəqəmlər isə 650-dir. Bu təxribatın törədilməsi aydınlaşdırmaq o qədər də çətin deyil. Belə ki, əgər təxribat baş tutsaydı və gürcü kilsəsi ermənilərə verilsəydi, bu 442 gürcü məbədinin də onlar tərəfindən mənimsənilməsi demək idi. Lakin təxribatın qarşısı vaxtında alındı”, - deyə gürcü mediası vurğulayırdı.

Ermənilərin Gürcüstanda əraziləri iddiaları haqda kifayət qədər faktlar sadalamaq mümkündür. Cavaxetiya isə Gürcüstandakı erməni separatizminin əsas yuvasıdır. İndi Tbilisiyə “xoşniyyətlə” gələn Paşinyanın Cavaxetiya erməniləri ilə görüşü nə dərəcədə təsadüf ola bilər?

Burada diqqətçəkən məqamlardan biri də Cavaxetiya faktorunun erməni diasporunun ana prioritetlərindən biri olmasıdır. Paşinyanın da İrəvanda hakimiyyətə gəlişini erməni diasporunun dəstəklədiyini nəzərə alsaq, bu iki amili birləşdirəndə Ermənistanın bundan sonra bölgədə separatizmi daha intensiv şəkildə yayacağını ehtimal etmək asandır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm