Paşinyan Əliyevlə Qarabağ danışıqlarına hazır olduğunu açıqladı və ŞOK ŞƏRT İRƏLİ SÜRDÜ
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyan Əliyevlə Qarabağ danışıqlarına hazır olduğunu açıqladı və ŞOK ŞƏRT İRƏLİ SÜRDÜ

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ üzrə danışıqlara hazır olduğunu açıqlayıb.

Publika.az
xəbər verir ki, Paşinyan danışıqlar üçün yenə də beynəlxalq hüquqa uyğun olmayan və danışıqlar prosesinin ruhuna zidd şərtini irəli sürüb.

O, Dağlıq Qarabağın danışıqlarda iştirakının əsas şərtləri olduğunu açıqlayıb.

“Mən arzulasam belə “Qarabağ xalqı” adından danışıqları apara bilmərəm. Bu nə hüquqi, nə siyasi, nə də əxlaqi prinsipə uyğun deyil. “Qarabağ xalqı” öz “hakimiyyətinə”, “Milli Məclisə”, “hökumətə” və “prezidentə” malikdir və onlar öz “qanuni nümayəndəsini” təqdim edə bilər”, - deyə Paşinyan parlamentin xüsusi iclasında çıxışı zamanı bildirib.

Paşinyan əlavə edib ki, ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycan Prezidenti ilə danışıqlar aparmağa hazırdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm