Lukaşenko və Netanyahudan İrəvana ZƏRBƏ - Düşmən ordumuzun bu silahlarından QORXUYA DÜŞDÜ
Bizi izləyin

Cənubi Qafqaz

Lukaşenko və Netanyahudan İrəvana ZƏRBƏ - Düşmən ordumuzun bu silahlarından QORXUYA DÜŞDÜ

Azərbaycan Ordusunun arsenalına daxil edilən 301 mm-lik “POLONEZ”lər və “LORA” sistemləri nümayiş etdirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, “POLONEZ”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.

“POLONEZ” Belarus, “LORA” isə İsrail istehsalıdır. Azərbaycan hər iki ölkə ilə hərbi əməkdaşlığını genişləndirir.

Publika.az xəbər verir ki, Azərbaycan Ordusunun arsenalına daxil edilən bu iki raket kompleksi Ermənistanda ciddi narahatlıq yaradıb.

“Lragir” saytı yazır ki, Belarus və İsrail Ermənistana zərbə vurdu.

“Belarus və Azərbaycan arasında əməkdaşlıq əvvəldən var, lakin bu, yeni strateji münasibətlərin başlanğıcı hesab oluna bilər. Hərçənd, Belarus Ermənistanla eyni ittifaqlarda təmsil olunur. İsrail də son vaxtlar Türkiyəyə qarşı “erməni soyqırımı” kartından istifadə edir. Lakin onun Azərbaycanla münasibətləri Ermənistana münasibətlərin mövsümü xarakter daşıdığını göstərir. Azərbaycanın nümayiş etdirdiyi yeni silahlar Belarus və İsrailin Ermənistana ciddi zərbəsi hesab oluna bilər”, - deyə sayt qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm