Putin Moskvada Əliyevlə Paşinyanın qapalı görüşünü təşkil edəcək
Bizi izləyin

Cənubi Qafqaz

Putin Moskvada Əliyevlə Paşinyanın qapalı görüşünü təşkil edəcək

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün Moskvada işgüzar səfərdədir.

Publika.az
xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin açılış mərasiminə Ermənistanın baş naziri Nikol Paşinyanı da dəvət edib.

Azərbaycan və Ermənistan rəhbərliyinin Moskvada görüşəcəyi və Dağlıq Qarabağ münaqişəsi üzrə müzakirələr aparacağı gözlənilirdi. Lakin bu məlumat rəsmi şəkildə təkzib edildi.

Ermənistanın “Aravot” qəzeti isə iddia edib ki, Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü nəzərdə tutulmasa da, qeyri-rəsmi şəkildə ilk təmas olacaq.

“Putin bu təmasın qurulmasında maraqlıdır. Bu baxımdan, iki ölkə rəhbərinin Putinin iştirakı ilə qapalı görüşü gözlənilir. Görüşdə əsasən Qarabağdakı eskalasiya müzakirə olunacaq”, - deyə qəzetin iddiasında bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm