Ordumuzun paradda nümayiş etdirəcəyi bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI - FOTO
Bizi izləyin

Cənubi Qafqaz

Ordumuzun paradda nümayiş etdirəcəyi bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI - FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinə verilən ABŞ istehsalı Bell-412 helikopterlərinin iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəyi barədə xəbər Ermənistanda şok effekti yaratdı. Ermənistanda hesab edirlər ki, İrəvan sözügedən helikopterlərin hansı yolla Azərbaycanın əlinə keçməsini araşdırmalıdır.

Publika.az xəbər verir ki, “Sputnik” agentliyinin erməni xidmətinə danışan politoloq Suren Sarkisyanın fikrincə, Amerika helikopterlərinin Azərbaycana satışı məsələsi Ermənistan və Amerika hökumətləri tərəfindən dəqiq araşdırmanın predmeti olmalıdır.

Daha əvvəl Azərbaycan KİV-i yazıb ki, iyunun 26-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibəti ilə hərbi paradda ilk dəfə Bell-412 helikopterlərinin iki vahidi nümayiş etdiriləcək. Qeyd olunur ki, bu helikopterlər yaxın vaxtlarda Azərbaycanın Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Məlum olduğu kimi, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb isə 1990-cı illərdə qəbul edilən 907-ci düzəliş, həmçinin ABŞ qanunvericiliyinə görə, münaqişə edən tərfələrə silah ixrac etməməsidir. Azərbaycanla yanaşı Ermənistan da bu qadağanın altına düşür. Məhz Sarkisyan da ABŞ-ın 25 il əvvəl qəbul etdiyi 907-ci düzəlişi xatırladır.

Erməni politoloqu Azərbaycanın bu helikopterləri üçüncü ölkələr vasitəsilə əldə etdiyini istisna etmir. Onun sözlərinə görə, erməni tərəfi Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirliyi, həmçinin ABŞ-dakı lobbi strukturlarının köməyilə məsələnin aydınlaşdırılması məqsədi ilə ölçülər paketini hazırlamalıdır.

Sarkisyan qeyd edir ki, Azərbaycan ordusunun silahlanmasında Amerika istehsalı olan hərbi texnikanın başqa növlərinin olub-olmadığı məlum deyil. Eyni zamanda, ekspert qeyd edib ki, Bell-412 helikopterləri təxminən 30 ölkənin silahlanmasında yer alır. O qeyd edir ki, Azərbaycana belə helikopterləri ənənəvi müttəfiqləri Səudiyyə Ərəbistanı, Pakistanı və ya Türkiyə sata bilər. Daha bir müttəfiq – İsrailin silahlanmasında isə bu helikopterlərin olmadığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm