Aeroportun işçiləri kimyəvi maddədən zəhərləndi
Bizi izləyin

Cənubi Qafqaz

Aeroportun işçiləri kimyəvi maddədən zəhərləndi

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında kütləvi zəhərlənmə baş verib.

Publika.az xəbər verir ki, aeroportun bir neçə əməkdaşı qazdan zəhərlənib. Hava limanından zəhərlənməyə hansı qazın səbəb olması barədə ətraflı məlumat verilməyib. İnsident 2 gün öncə baş verib.

İstintaqla müəyyən olunub ki, 2 iyul 2018-ci il tarixində Dimitri B. adlı şəxs tərkibində sağlamlığa ziyan vuran maddənin olduğu mayeni Tbilisi beynəlxalq hava limanının uçuş zalında yerləşən aviaşirkətlərdən birinin kassasına töküb.

Zəhərli maddə tökən şəxs saxlanılıb. Saxlanılan şəxs Rusiya vətəndaşıdır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm