Gürcüstanda elektrik enerjisi ilə təminatda problemlər yarandı
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstanda elektrik enerjisi ilə təminatda problemlər yarandı

Gürcüstanda hava şəraitinin kəskin dəyişməsi ölkənin elektrik enerjisi ilə təchizatında problemlər yaradıb.

Güclü yağış və külək elektrik enerjisi gərginliyinin aşağı düşməsinə səbəb olub. Nəticədə Rustavi şəhərinin elektrik enerjisi ilə təminatı dayandırılıb.

Elektrik enerjisinin verilişinin nə vaxt bərpa olunacağı hələ məlum deyil. Elektrik enerjisi gərginliyinin azalması Tbilisi metrosunun da fəaliyyətinə təsir edib. Belə ki, metropolitenin Saburtalo xəttinin fəaliyyəti müvəqqəti dayandırılıb. Xətt üzrə metro vaqonlarının hərəkəti artıq bərpa olunub. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm