İrəvanda Rusiya hücuma keçir QORXUSU: Rus polkovnik Paşinyana... - VİDEO
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda Rusiya hücuma keçir QORXUSU: Rus polkovnik Paşinyana... - VİDEO

Ermənistanda Rusiyaya məxsus 102-ci hərbi baza ətrafında qalmaqal davam edir.

Publika.az
xəbər verir ki, rus hərbçilərinin Panik şəhərində havaya atəş açmasından sonra başlanan qarşıdurma Ermənistan və Rusiya rəsmilərini üz-üzə qoyub.

Baş nazir Nikol Paşinyan baş verən hadisəni Ermənistanın müstəqilliyinə qarşı törədilmiş təxribat adlandırıb. Müdafiə naziri David Tonoyan isə Ermənistandakı rus sərhədçilərin ölkədən çıxarıla biləcəyini bəyan edib. Rəsmi Moskva isə hələki hadisə ilə bağlı konkret açıqlama verməyib.

Lakin hərbi bazanın komandiri, polkovnik Vladimir Yelkanov Panik kəndində heç bir hadisənin olmadığını bildirib.

Hadisə baş verəndən sonra Humanitar İnkişafa Təşəbbüs adlı beynəlxalq təşkilatı gənclər təşkilatlarının nümayəndələrini Gümrüdəki hərbi bazaya aparıb. Həmin tədbirdə çıxış edən bazanın komandiri bildirib ki, Panik kəndində hərbiçilərin atəş açması hərbi təlimin bir hissəsi olub.

“Təlimlə bağlı əvvəlcədən Ermənistan hakimiyyətinə məlumat verilib”, - deyə rusiyalı polkovnik qeyd edib.

Versiyalar var ki, rəsmi İrəvan təlimlər haqqında kənd camaatına bilərəkdən məlumat verməyib. Məqsəd narazılığın yaranması və bu narazılıqdan çıxış edərək, rus ordusunun ölkədən çıxarılmasına əsas yaratmaqdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan mediası isə Paşinyanın hadisə ilə bağlı bəyanatına Rusiya prezidenti səviyyəsində yox, bir polkovnik səviyyəsində cavab verilməsinə diqqət çəkib.

“Təsəvvür edin, Putinin bəyanatına bir erməni polkovnik reaksiya verir. Bu mümkün deyil”, - deyə ermənilər sosial şəbəkələrdə yazırlar.

Erməni siyasi şərhçi Sarqis Artsruni isə yazır ki, Rusiya Ermənistanda yeni təxribatlara əl atacaq.

“Bu, daha böyük hücumla xarakterizə oluna bilər”, - deyə erməni şərhçi vurğulayıb.



Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm