Kremlin planı DƏFN EDİLİR - Koçaryan pərdəarxası MƏQAMLARI AÇDI
Bizi izləyin

Cənubi Qafqaz

Kremlin planı DƏFN EDİLİR - Koçaryan pərdəarxası MƏQAMLARI AÇDI

“2008-ci il 1 mart hadisələrinin arxasında hakimiyyəti gözdən salmağa çalışanlar dayanır”.

Publika.az xəbər verir ki, bunu ona qarşı irəli sürülən ittihamları şərh edən Ermənistanın sabiq prezidenti Robert Koçaryan “Yerkir Media” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, “yüz dəfə təkrarlanmış yalan həqiqətə çevrilir” prinsipindən istifadə edilir.

“1 mart ssenarisinin reallıqla heç bir əlaqəsi yoxur. Bu siyasi təqibdir, vendetta, hüquq sürrealizmidir. Prosesin on insanın həlak olması şəraitinin aydınlaşdırılması ilə əlaqəsi yoxdur. Siyasi qərar qəbul edilərək günahkarlar “müəyyən edilib”. İki-üç məsələni həll etməyə çalışırlar. İlk növbədə, mənim siyasi proseslərdə mümkün iştirakımı neytrallaşdırmaq, ikincisisi isə, martın 1-də işin açıldığını bildirmək”, - Koçaryan qeyd edib.

Koçaryan vurğulayıb ki, hadisələrin arxasında hakimiyyəti gözdən salmağa çalışmış insanlar dayanırdılar. Keçmiş prezident qeyd edib ki, istintaq bu cür ittiham irəli sürməklə Konstitusiya Məhkəməsinin qərarını və 2008-ci il prezident seçkilərinin nəticələrini rədd edir.

”Kütlələrin əhval-ruhiyyəsini hüquq müstəvisinə keçirməyə cəhd edirlər, və elə fikir formalaşdırırlar ki, guya 2008-ci il prezident seçkilərində 21,5 faiz toplamış Levon Ter-Petrosyan qələbə qazanıb”, - o vurğulayıb.

Xatırladaq ki, ötən gün 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyaların dağıdılmasına dair cinayət işi çərçivəsində Robert Koçaryana qarşı konstitusion quruluşun devirməsi ittihamı irəli sürülüb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilib, lakin məsələ ilə bağlı qərarın verilməsi üçün məhkəmə iclası bu gün saat 11.00-a təyin edilib.

“Mənim siyasi proseslərdə mümkün iştirakımı neytrallaşdırmaq istəyirlər” söyləməsi isə irəli sürülən son iddialar fonunda inandırıcı görünür. Bu ayın əvvəlində Ermənistan mediası parlamentdə “Sarukyan” blokunun lideri Qagik Sarukyanın Moskvaya qəfil səfərinin İrəvanda yeni çevrilişə hazırlıq olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bəzi mənbələr bildirir ki, Robert Koçaryanın Ermənistana qayıtması heç də özünün dediyi kimi, yalnız istintaqa ifadə vermək məqsədi daşımır. Əslində, R.Koçaryanın gəlişi Moskvada hazırlanmış bir siyasi planın tərkib hissəsidir. Belə ki, Rusiya onu yenidən böyük siyasətə qaytarmaq üzərində düşünür. Çünki Rusiya artıq nə Serj Sarkisyana, nə də Nikol Paşinyana güvənmir. Ona görə də Kremlin hazırladığı plan baş nazir postunun Robert Koçaryana ötürülməsini nəzərdə tutur. “Məxməri inqilab” yolu ilə devrilmiş Serj Sarkisyan siyasi nüfuzunu tamamilə itirib və artıq ölkəni tərk edib. Nikol Paşinyan isə açıq şəkildə Qərblə yaxınlıq nümayiş etdirir. Bu da Rusiyanın bölgədəki geostrateji maraqlarına təhlükə yaradır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm