Robert Koçaryan 2 aylıq həbs edildi - YENİLƏNDİ
Bizi izləyin

Cənubi Qafqaz

Robert Koçaryan 2 aylıq həbs edildi - YENİLƏNDİ

İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində həbs qərarı çıxarıb.

Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, İrəvanın birinci instansiya məhkəməsi Koçaryanın həbsi haqqında Ermənistanın Xüsusi İstintaq Xidmətinin xahişini təmin edib.

"Məhkəmə iki aylıq həbs qərarı verdi. Bundan əlavə heç nə deyə bilmərəm. Digər açıqlamalar sabah mətbuat konfransında veriləcək”, - sabiq prezidentin vəkili Aram Orbelyan bildirib.

****

Məhkəmə bu gün saat 23:30-da Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində həbs qəti-imkan tədbirinin seçilməsi haqqında xahiş üzrə qərarını səsləndirəcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda prokuror Ara Mnasakanyan bildirib.

“Hakimlər müşavirə otağına getdi. Qərar 23:30-da səsləndiriləcək”, – o deyib.

Qeyd edək ki, iyulun 26-da R. Koçaryan Xüsusi İstintaq Komitəsinə ifadə verməyə çağırılıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan ediblər. Sabiq prezident 2008-ci il prezident seçkilərindən sonra Yerevanda keçirilən etiraz aksiyasının zorakılıqla dağıdılması barədə əmr verməkdə ittiham olunur. Həmin hadisələr nəticəsində 10 nəfər ölüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm