Koçaryanın həbsindən şikayət ediləcək
Bizi izləyin

Cənubi Qafqaz

Koçaryanın həbsindən şikayət ediləcək

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsi haqqında məhkəmə qərarından şikayət ediləcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Koçaryanın vəkili Ruben Saakyan bildirib.

Onun sözlərinə görə, sabiq prezident məhkəmə qərarını sakitcə qəbul etdi.

“Belə qərar gözlənilən idi”, - vəkil deyib.

Qeyd edək ki, İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində iki aylıq həbs qərarı çıxarıb. İrəvanın birinci instansiya məhkəməsi Koçaryanın həbsi haqqında Ermənistanın Xüsusi İstintaq Xidmətinin xahişini təmin edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm