Balayan Paşinyanı təkzib etdi və Türkiyə ilə bağlı bəhanə tapdı
Bizi izləyin

Cənubi Qafqaz

Balayan Paşinyanı təkzib etdi və Türkiyə ilə bağlı bəhanə tapdı

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan baş nazir Nikol Paşinyanın Türkiyə ilə bağlı çıxışının tam əksinə fikir söyləyib.

Publika.az
xəbər verir ki, Balayan Türkiyə ilə ilkin şərt olmadan münasibətlərin normallaşdırılması məsələsinin Ermənistan hökumətinin proqramına daxil edildiyini açıqlayıb: “Əgər Türkiyə hökumətindən bununla bağlı bir mesaj gələrsə, bunu dəyərləndirəcəyik. Lakin Türkiyə prezidenti və xarici işlər naziri Bakıya səfər edərək, orada mənfi açıqlamalar verirlər. Hazırda Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmağa hazır olduğunu görümürük”.

Qeyd edək ki, Paşinyan bir müddət öncə Ermənistanın ilin şərt olmadan Türkiyə ilə münasibətlər qurmağa hazır olduğunu açıqlamışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm