Cənubi Qafqaz
“Erməni rəhbərliyinə dəfələrlə bildirmişik ki...” – Lavrov
Ermənistanda baş verən hadisələr siyasi sələflərini təqib etməyəcəyini bildirən yeni ölkə rəhbərliyinin bəyanatları ilə ziddiyyət təşkil edir.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov jurnalistlərə bildirib.
“Rusiya Ermənistanın müttəfiqi kimi bu ölkənin sabitliyində maraqlıdır. Həmçinin, Ermənistanın MDB məkanında iştirak etdiyi təşkilatların normal işi nöqteyi-nəzərindən bu ölkədə baş verənlər bizi narahat edir. Son günlər ərzində bir neçə dəfə erməni rəhbərliyinə narahatlığımızı çatdırmışıq. Hesab edirik ki, vəziyyət konstruktiv yol üzrə gedəcək”, - Lavrov deyib.
Onun sözlərinə görə, bu ilin mayında Ermənistanda siyasi böhran zamanı Moskvada böyük məmnunluqla qeyd edirdilər ki, böhranın həlli bütün aparıcı partiyaların iştirakıyla güzəşt əsasında tapıldı.
“Biz ümid edirdik ki, bütün siyasi güclər, hər şeydən əvvəl Ermənistanın yeni rəhbərliyi milli razılığı möhkəmləndirəcək. Amma son günlərin hadisələri belə pozitiv əhval-ruhiyyəni açıq-aydın pozur”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı yekunlaşdırıb.
Qeyd edək ki, Ermənistanın xüsusi istintaq xidməti 26 iyulda 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində ölkənin sabiq prezidenti Robert Koçaryana ittiham təqdim edib. Bir gün sonra onun barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilib. Koçaryan ittihamları saxta və siyasi hesab edir.
Ömər
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir




































