“Vikiliks” Sarkisyanın adamını tələyə saldı – 6 il HƏBS CƏZASI
Bizi izləyin

Cənubi Qafqaz

“Vikiliks” Sarkisyanın adamını tələyə saldı – 6 il HƏBS CƏZASI

Ermənistanın Təhlükəsizlik Şurasının sabiq katibi, baş nazirin keçmiş müavini Armen Qevorkyan Konstitusiya Məhkəməsinin hakiminə təzyiq göstərməkdə ittiham olunur.

Publika.azLragir” nəşrinə istinadən xəbər verir ki, bu haqdaErmənistanın Xüsusi İstintaq Xidmətiin başçısı Sasun Xaçatryan bildirib.

“Xatırlayırsınızsa, “Vikiliks”saytı yazırdı ki, Armen Qevorkyan seçkilərin (2008-ci il prezident seçkiləri –red.) nəticələri ilə bağlı Serj Sarkisyanın rəqiblərinin şikayətinin müzakirəsi zamanı Konstitusiya Məhkəməsinin hakimi Valeri Poqosyana təzyiq göstərirdi. Biz bu saytı yoxladıq və aydınlaşdırdıq ki, iddia əsaslandırılıb”, - Xaçatryan bildirib.

Onun sözlərinə görə, “Vikiliks”in məlumatlarına əsasən, Poqosyan Amerika səfirliyinə şikayət edib və bildirib ki, ona qardaşı vasitəsilə təzyiq göstərirlər.

“Biz aydınlaşdırdıq ki, Qevorkyan həqiqətən daha bir vəzifəli şəxslə birlikdə Poqosyana təzyiq göstərməyə çalışırdı. Təzyiqlər müvəffəqiyyətlə nəticələndi, çünki Poqosyan qərarın çıxarılmasında iştirak etmədi”, - idarənin başçısı deyib.

Armen Qevorkyana artıq ittiham irəli sürülüb. Xaçatryanın sözlərinə görə, ədalətin təmin olunmasına maneə olmaqda ittiham olunan Qevorkyanı 6 il həbs cəzası gözləyir. O əlavə edib ki, Qevorkyandan yaşayış yerini tərk etməməsi barədə izahat götürülüb.

Xüsusi İstintaq Xidmətinin başçısı bildirib ki, cümə günü bu fakt üzrə cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm