Cənubi Qafqaz
Putin NATO-nun Gürcüstan addımına görə ordunu AYAĞA QALDIRDI: Qafqazda dəhşətli müharibə hazırlığı
NATO-nun Gürcüstanda hərbi təlimlərə başlaması Rusiyanı
hərəkətə keçməyə sövq edib.
Publika.az xəbər verir ki, Rusiya buna cavab olaraq
Abxaziya ərazisindəki 49-cu ümumqoşun ordusunu ayağa qaldırıb.
Rusiya KİV-nin məlumatına görə, Abxaziyada rus hərbiçilərinin də
iştirakı ilə genişmiqyaslı təlimlərə start verilib. Təlimlərin
başlanması gizli və olduqca sürətli olub. Hətta Rusiyanın
Abxaziyadakı addımlarına mütəmadi olaraq nota ilə etiraz edən rəsmi
Tbilisi bu dəfə nota verməyə fürsət belə tapmayıb.
Rusiyalı şərhçi Viktor Skorko hesab edir ki, Rusiyanın Abxaziyada
ordusunu təcili ayağa qaldırması NATO-nun Gürcüstandakı addımlarına
cavabdır.
Onun sözlərinə görə, baş verən proseslər 10 il öncə “beş günlük
müharibə”dən əvvəlki vəziyyətə bənzəyir: “10 il öncə Gürcüstan
ordusu Sxinvalidə hərbi təlimlərə başladı və ssenariyə görə
gürcülər avqustun 7-dən 8-nə keçən gecə Osetiyanı bölən Rokski
tunelini ələ keçirərək, ərazilərə tam nəzarəti bərpa edəcəkdi. O
vaxt buna ABŞ prezidenti Corc Buş icazə vermişdi. Keçmiş dövlət
katibi Kondaliza Rays bir neçə ay öncə Tbilisiyə səfəri zamanı
əməliyyatın detallarını müzakirə etmişdi. Amerikalılar Tbilisini
inandırmışdılar ki, ruslar Gürcüstana hücum etməyə cürət etməyəcək.
Rusiyanın bu planlardan xəbəri var idi, lakin Baş qərargahda hesab
edirdilər ki, gürcülər əməliyyata 1 sentyabrda başlayacaq. Rusiya
Cənubi Osetiyada Tbilisinin etiraz notasına səbəb olan təlimlərə
başladı və vəziyyətə uyğun olaraq avqustun 8-də “beş günlük
müharibə” baş verdi. Bu tarixi təcrübə fonunda NATO-nun
Gürcüstandakı bu gün keçirdiyi təlimlər təsadüfə bənzəmir”.
Viktor Skorko qeyd edir ki, Gürcüstan Ukrayna kimi ərazi
münaqişəsinə görə NATO-ya qəbul edilmir.
“Hərçənd, Şimal Alyansı “şərqə doğru genişlənmə” strategiyasına
uyğun olaraq, bu ölkələri üzv kimi qəbul etmək istəyir. Buna görə
də əvvəlcə Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarmaq
lazımdır. Bu təlimlər dolayısı ilə bu planın bir hissəsi hesab
oluna bilər. Buna görə də Rusiya Abxaziyada təcili təlimlərə
başlayaraq, NATO-ya Qafqaza kimin sahib olduğunu göstərir”, - deyə
rusiyalı şərhçi vurğulayıb.
Asif
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK