Ermənistanın keçmiş baş nazirinin qardaşına ittiham irəli sürüldü
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın keçmiş baş nazirinin qardaşına ittiham irəli sürüldü

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyana ittiham irəli sürülüb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu haqda Xüsusi İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, Henrix Abramyana qanunsuz olaraq silah əldə etmə, saxlama və daşınma ittihamı irəli sürülüb. Müstəntiq Abramyan barəsində həbs qəti-imkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib.

Xatırladaq ki, avqustun 6-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti faktiki olaraq Ovik Abramyana aid olan keçmiş mexanika-təmir zavodunun ərazisində böyük miqdarda silah-sursat aşkar edib. İdarədən verilən məlumata görə, zavodun ərazisində Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidmətinin əməkdaşları axtarış keçiriblər. Nəticədə, 3 qumbaraatan, 7 “AK-74” avtomatı, 2 snayper tüfəngi, 3 ov tüfəngi, 2 tapança və külli miqdarda patron aşkarlanıb.

Bundan sonra Abik Qevorkyan (zavod onun adına rəsmiləşdirilib) və Henrix Abramyan saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm