Ermənistanın sabiq baş nazirinin qardaşı iki aylıq həbs edildi
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanın sabiq baş nazirinin qardaşı iki aylıq həbs edildi

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilib.

Publika.az news.am-a istinadən xəbər verir ki, bu haqda məhkəmə departamentinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, avqustun 6-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti faktiki olaraq Ovik Abramyana aid olan keçmiş mexanika-təmir zavodunun ərazisində böyük miqdarda silah-sursat aşkar edib. İdarədən verilən məlumata görə, zavodun ərazisində Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidmətinin əməkdaşları axtarış keçiriblər. Nəticədə, 3 qumbaraatan, 7 “AK-74” avtomatı, 2 snayper tüfəngi, 3 ov tüfəngi, 2 tapança və külli miqdarda patron aşkarlanıb.

Bundan sonra Abik Qevorkyan (zavod onun adına rəsmiləşdirilib) və Henrix Abramyan saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm